Məhərrəm ayının başlanması ilə bağlı fətva
Məhərrəm ayı oktyabrın 15-i başlayacaq.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib. Bu gün keçirilən QMİ Qazılər Şurasının iclasında bu tarixlə bağlı fətva verilib.
Fətvada bildirilir ki, bu il Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. QMİ-nin Qazılar Şurası bildirir ki, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edir.
Fətvada qeyd olunur ki, Məhərrəm ayının 10-u - Aşura günü 2015-ci il oktyabr ayının 24-nə təsadüf edir.
f Paylaş