Məhkəmə Faytonçu Nazimi əməliyyat edən həkimlə bağlı QƏRAR VERDİ
Binəqədi Rayon Məhkəməsində "Faytonçu Nazim" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin "Elmed" klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb.
Xanim.az Report-a istinadən xəbər verir ki, hakim Almaz Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, "Faytonçu Nazim"in iddiası təmin edilməyib.
Qeyd edək ki, Nazim Pişiyari bildirib ki, ilk dəfə "Elmed" klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. "Faytonçu Nazim" həkimin ciddi cəzalandırılmasını istəyib. O, bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər prokurorluğuna və Binəqədi rayon prokurorluğuna müraciət edib.
Həkim E.Əzimov da "Faytonçu Nazim"in iddialarını rədd edir.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları