Mehriban Əliyeva qızları ilə Yeni il şənliyində

Heydər Əliyev Fondu "Buta" sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib.

Şənlikdə uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud olan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər iştirak edirlər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib.

Bayram şənliyində çıxış edən M. Əliyeva bunları əlavə edib:

"Hörmətli valideynlər, hörmətli müəllimlər!

Mən sizin hamınızı qarşıdan gələn Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki, yeni ildə bizim bütün balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, savadlı olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər bir insanın gələcəyini, gələcək taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz uşaqlar, sizin bugünkü vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır.

Mən arzu edirəm ki, bizim bütün balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər böyüsünlər. Azərbaycan kimi ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Azərbaycanın təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır. Bu il də Azərbaycan bir sıra uğurlara imza atdı. Ölkəmizdə bu il yüzlərlə yeni məktəblər, bağçalar tikildi və təmir olundu, şəhərlərimiz abadlaşdı, beynəlxalq arenada Azərbaycanın nüfuzu artdı. Bu il ilk dəfədir ki, Azərbaycanın peyki açıq səmaya - kosmosa çıxdı. Bir sözlə, biz hamımız öz ölkəmizlə fəxr etməliyik və Azərbaycanın inkişafı, daha da güclənməsi üçün çalışmalıyıq.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Biz hamımız bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı salamlayırıq, onlara yeni ildə xoşbəxtlik, cansağlığı, uğurlar arzulayırıq.

Mən bir daha sizin hamınızı ürəkdən təbrik edirəm. Əziz uşaqlar, mən sizin hamınızı çox sevirəm. Mən çox arzulayıram ki, hər bir uşağımız sevgi mühitində böyüsün, hər bir azərbaycanlı ailəsində hər şey yaxşı olsun. Mən sizi bir daha ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Çox sağ olun!".

Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu.

Uşaqlar Mehriban Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

Üç gün davam edəcək bayram şənliyində iki mindən çox uşaq və məktəblinin iştirakı gözlənilir.

Mehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyindəMehriban Əliyeva qızları ilə Yeni il şənliyində

Xəbərlər     Baxılıb: 1995   Tarix: 04 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir

Uzun və yorucu bir gündən sonra ayaqlarınızdakı ağırlıqdan qurtulmaq üçün bahalı qulluq məhsullarına ehtiyacınız yoxdur. Duz və soda ilə ayaqlarınızı həm rahatlaya, həm də təravətləndirə bilərsiniz. xəbər verir ki, çox vax

.

Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun

Əllərdə gün ərzində davam edən ağrı və sərtlik oynaqların aşınması (osteoartrit) xəstəliyinin əlaməti ola bilər. Bu xəstəlik oynaqları qoruyan qığırdağın zamanla nazilməsi və aşınması nəticəsində yaranır. xəbər verir ki

.

Xərçəng peyvəndi ilk xəstədə ümidverici nəticə göstərdi

Rusiyada sınaqdan keçirilən yerli istehsal "Neoonkovak" xərçəng peyvəndi ilk xəstədə müsbət immunoloji reaksiya yaradıb. xəbər verir ki, bu barədə Rusiyanın Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzini

.

"Ən çətin məqam diaqnozu ilk dəfə deməkdir" - MÜSAHİBƏ

Xərçəng haqqında çox danışırıq. Statistikalardan, müalicələrdən, dərmanlardan. Amma bu xəstəliyin arxasında dayanan insanlardan, onların qorxularından, ümidlərindən, yanlış bildiklərindən daha az danışırıq. Elə buna gör

.

Gecələr niyə tərləyirik? - 5 əsas səbəb

Gecələr tərləmə bir çox insanın qarşılaşdığı narahatedici hallardan biridir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda sağlamlıq problemlərinin əlamət

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yayda buzlu su içmək həmişə faydalıdırmı?

İsti havalarda buz kimi soyuq su içmək insanı dərhal rahatlaşdırsa da, mütəxəssislər bunun hər zaman ən yaxşı seçim olmadığını bildirirlər. xəbər verir ki, çox soyuq su susuzluq hissini tez azaldır və insanın kifayət qədə

.

Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA

Diş həkiminə müraciət zamanı müəyyən edilən diş əti problemləri insanın gələcəkdə 2-ci tip diabetə tutulma riski barədə də məlumat verə bilər. xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan v

.

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Bəzən yorğunluq normal haldır, lakin hər gün davam edən halsızlıq orqanizmdə müəyyən problemlərin əlaməti ola bilər. xəbər verir ki, davamlı yorğunluğun səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərl

turlar.az

yaz geyimleri 2026 makiyaj etmek qaydalari gelinlikler saglamliq goy qursagi nece yaranir findiq qabiginin faydalari razyana çayı kosmetika yuxuda qara ilan gormek hesaplama novruz bayramına aid hakışda mikayıl abdullayev ekizler