Mehriban Əliyeva və qızları tamaşada - FOTOLAR
Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" muğam operasının marionet tamaşası göstərilib.
BiG.AZ xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tamaşaya baxıblar.
Qədim Şərq folkloruna məxsus incə və faciəli məhəbbət əfsanəsi olan "Leyli və Məcnun" orta əsrlər dövrü ədəbiyyatının ən məşhur mövzusu olub, 50-dən çox şair, o cümlədən dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzuli mövzuya eyniadlı poemalar həsr ediblər. Dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında "Leyli və Məcnun" operasını yazıb. "Arşın mal alan" operettası və "Leyli və Məcnun" operası hazırda Marionet Teatrının repertuarında xüsusi yer tutur.
Tamaşaçıların alqışları və aktyorları təkrarən səhnəyə dəvət etmələri bu tamaşanın qəlblərin ən incə tellərinə toxunduğunu nümayiş etdirdi.













8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Space TV-də bu veriliş də yayımlanmayacaq
Böyük sağlamlıq faydaları VAR
Anam yaşındasan, ayıb olsun' - FOTO
Madonna xalqdan kömək istəyir
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Həddindən artıq yuxu niyə təhlükəlidir?