Mehriban Əliyevadan təqdirəlayiq addım - FOTO
Xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvinin müalicəsi ilə bağlı yeni xəbər var.
Xanim.az-in məlumatına görə, bu barədə Femida.az -a məlumatı ehtiyatda olan zabitin özü məlumat verib. Kamil Musəvinin sözlərinə görə, səhhətində yaranan problemlərlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib.
" Bir müddət idi ki, ayağımda və başımda ciddi ağrılar başlamışdı. Ciddi müayinəyə və müalicəyə ehtiyacım yaranmışdı. Mehriban xanıma müraciət etdik. Dərhal da müsbət cavab aldıq. Artıq Mehriban xanım Əliyevanın tapşırığı ilə müayinə olunmaq üçün Bakıya dəvət olunmuşam. Bizə dedilər ki, ailəmlə qalmaq üçün bizə şəhərdə mənzil də veriləcək. Yaxın zamanda bizim görüşümüz olmalıdır", deyə Kamil Musəvi bildirib.
Ehtiyatda olan yaralı zabit göstərilən diqqətə görə həm birinci vitse-prezident Mehriban Əliyevaya və sadə vətəndaşlara öz minnətdarlığını bildirib.
Xatırladaq ki, Kamil Musəvi 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirib. Yaralı zabit evlidir. İki övladı var.











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin