Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - RƏSMİ AÇIQLAMAQızılcaya yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda, ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, ənənəvi olaraq məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq, nəzarət gücləndirilir, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir.
"Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. Hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə tədrisin distant formaya keçirilməsi, eləcə də, məktəblilər arasında müvafiq xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti qurum müəyyən edir", - deyə əlavə olunub.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ölkədə 2023-cü ilin dekabr ayından başlayaraq qızılca xəstəliyinin yayılmasının qarşısının alınması və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə hər hansı bir səbəbə görə qızılca peyvəndindən kənarda qalan, qızılca xəstəliyi keçirməyən 10 yaşa qədər və 11 - 40 yaş arası əhalinin qızılca əleyhinə vaksinasiyası həyata keçirilir.
"Bu müddət ərzində qızılca peyvəndindən kənarda qalan 48734 nəfər uşaq və böyük yaşlı əhali qızılca-parotit-məxmərək əleyhinə QPM vaksini və qızılca-məxmərək əleyhinə QM vaksini ilə peyvəndlənməyə cəlb olunub. Hazırda immunlaşdırma tədbirləri davam etdirilir", - deyə əlavə edilib.
Milli.Az

Xəbərlər     Baxılıb: 2053   Tarix: 17 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geymler 2026 kosmetoloq qadın geyimi 2026 qonaq otagi seks pozalari avto qadın viktoriya sekret kosmetika maska xanım az veten haqqinda atalar sozleri yuxuda qara ilan gormek vətənə aid bayatı