Məleykə Əsədova: Ramiz Məlik dizin-dizin sürünüb üzr istəməlidir
"Ramiz Məlikov dizin-dizin sürünüb, atamın, anamın qəbrinin üstünə gəlib üzr istəməlidir. Çünki o KİV-də açıq-aydın açıqlama verərək deyib ki, sənin ananı da atan fahişəlik üstündə boşayıb".
Xanim.az-in məlumatına görə, bu sözləri Sputnik Azərbaycan-a xalq artisti Məleykə Əsədovanın vəkili Tağı Hüseynov deyib. O bildirib ki, sabah tərəflərin növbəti məhkəmə prosesi keçiriləcək.
Hüseynovun sözlərinə görə, əgər Ramiz Məlik dizin-dizin sürünüb akrtisadan üzr istəməsə məhkəmə prosesləri hələ uzun müddət davam edəcək.
Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaq alması Məleykə Əsədovanın zahiri görkəmi olub. Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.
Məleykə Əsədova Ramiz Məlikdən, şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.
Qeyd edək ki, Ramiz Məlik mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlədib.
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin