Məleykə Əsədovadan 74 yaşlı Xalq artistimizə: " İndi qeyrətə gəlmisən..."

Məleykə Əsədovadan 74 yaşlı Xalq artistimizə: " İndi qeyrətə gəlmisən...""Oktyabrın 6-sı və 7-də yeni tamaşamın premyerası olacaq. Premyera qabağı artıq alışmışam. Həmişə belə məqamlarda qanımı qaraltmağa çalışırlar. Mən öz adıma, sənətimə hörmət edib, onlara cavab vermirəm. Bu o demək deyil ki, həmin şəxslərdən çəkinirəm. Sadəcə olaraq, səviyyələrinə enmək istəmirəm. Cavab vermədikcə, elə bilirlər Məleykə qorxur. Cavab vermirəmsə, o demək deyil ki, onlar haqlıdır".

Xanim.az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında Xalq artisti Məleykə Əsədova deyib.

Məşhur aktrisa bu gün onun ünvanına söz atan həmkarı Ramiz Məlikə sərt cavab verib. M.Əsədova bildirib ki, R.Məlik özünə hörmət qoymur: "Ramiz Məlikə demək istəyirəm ki, insan qocaldıqca müdrikləşər. Amma, o, yaşlandıqca içindəki kin-küdurət, üfunətini ona-buna söz atmaqla büruzə verir. Yəqin ki, mətbuatda yazılanları görürsünüz. Hər kəsə söz atır, dava edir. Son illər ancaq bu işlərlərlə məşğul olub. Bir insan öz adına, teatr kollektivinə hörmət qoyursa, necə həmin teatrın əməkdaşları ilə dava edə bilər? Deməli, nə öz adına, nə də teatr kollektivinə hörmət qoyur.

Bundan başqa, bir neçə gün bundan əvvəl mənimlə görüşərək, hal-əhval tutub. O, necə xarakterə malik insandır? Daha sonra arxamca danışır, öz dünyasına aid olan sözləri başqasının ünvanına deyir. Məni görürsən, fikrini mənə de! Teatrda hər kəs bilir ki, hamıya hörmətlə yanaşıram, hörmət görürəm. İllərdir ki, uğur qazanan zaman məni əsəbiləşdirməyə çalışırlar. Deməli, mən varam! Zəlimxan Yaqubun bir şeiri var: "İçimizi qurd kimi yeyən namərdlər də var". Nə edim, belələri də var. Həmin bir-iki nəfər teatr kollektivi demək deyil".

Xalq artisti deyib ki, aktyorun xanımı da çox müasir biridir: "İnsan belə sözlərin ona deyilməsini istəmirsə, başqalarına hörmət etməlidir. Özü elə davranmalıdır ki, ona söz deyilməsin. Onun yazdıqları mənə qəribə gəldi. Özüm də məəttəl qalıram. Yaşına, başına və keçmişdəki oynadığı obrazlara hörmət etmir. Hamıya söz atmışdı, bir mən qalmışdım?

O geyimdə nə var? Ramiz elə paltar geyinən görməyib? Onlara müraciət edirəm. Mənim bir çərçivəm var, o çərçivəni aşmağa qoymayın. Mənim ağzımı açdırmayın. Öz balaca ailəm, sənətimlə məşğulam. Ramiz, lazım olsa, çox şey danışaram. Səni hamı gözəl tanıyır. Özü də ki, nə geyinirəmsə, əcəb edirəm, özüm bilərəm. Bədənimin ölçüləri, boyum buna imkan verir. Kişidir, qadın şəklinə şərh yazmaqdansa, gedib ailəsiylə məşğul olsun.

Bəsdir! İnsan bu yaşında Allaha ibadət edər, dost-tanışı ətrafına yığar. Bu nədir? Yaşlı vaxtında söz atırsan, hamıyla dalaşırsan. İşin-gücün yoxdur? Mənə heç kəs toxunmasın. Məni bu yerə onlar çatdırmayıb, Allahımın köməyi ilə uğurlar qazanmışam.

Mənə onun məsləhəti lazım deyil. İllər boyu ailəsinə, xanımına hörmətlə yanaşmışam. Xanımı müasir olub. Buna hörmətlə yanaşmışam. Ona sual vermək istəyirəm. Ramiz, əvvəldən belə qeyrətli idin, yoxsa indi qeyrətə gəlmisən? Bir daha deyirəm, mənə toxunmayın. Mən göydə Allahıma sığınıb, yerdə sənətimlə, qızımı böyütməklə, o balaca dünyamda yaşayıram".

Xəbərlər     Baxılıb: 3103   Tarix: 02 oktyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

reseptler qadın geyimi geyim necə seçməli qaynar qazan 2026 qadın ayaqqabı modelləri ayaqqabı və çanta qonaq otagi dizaynlari kosmetika arxadan olmag rus dili seksi novruz bayramı haxışta xlor lekesi