Məmur Bakıdakı "Fatimeyi Zəhra" məscidini sökdürmək istəyir - QALMAQAL

Məmur Bakıdakı "Fatimeyi Zəhra" məscidini sökdürmək istəyir - QALMAQALBakının Yeni Günəşli qəsəbəsində yerləşən "Fatimeyi Zəhra" məscidi yenidən sökülmə, ərazisinin alınması təhlükəsi ilə üzləşib. Ərazidə yaşayan sakinlərin Modern.az-a verdiyi məlumata görə, hansısa məmur məscidin ərazisinin bir hissəsini almaq və orada tikinti aparmaq niyyətindədir. Qeyd edək ki, bu məscidin sökülmək təhlükəsilə qarşılaşdığı ilk hal deyil.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən vəkil Cavad Cavadov olayı ictimailəşdirəcəyini və müvafiq qurumlardan cavab almağa çalışacağını bildirib.
Bakı şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində "Fatimeyi Zəhra" məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib. Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilib, lakin onun tam olaraq tikintisinə imkan verilməyib.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.

Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı rayon İcra Hakimiyyəti məscidə qarşı dava açaraq, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib.

Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib.

Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin bütün təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.

Yalnız ölkə Prezidenti İlham Əliyevin müdaxiləsi nəticəsində bu qanunsuzluqlara son qoyulub.

Məhkəmə qərarları Ali Məhkəmənin Plenumunda ləğv edilib, Bakı Apellyasiya Məhkəməsində 29.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab olunub, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin edilməyib, Bakı şəhəri Suraxanı rayonu. Eyni zamanda Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid komleksi Qafqaz Müsalmanlan İdarəsinin balansına verilib.
Qətnamə qanuni qüvvəsini alıb və 6 il keçməsinə baxmayaraq məscid natamam olaraq qalıb. Buna baxmarayaq məsciddə ibadətlər edilib və möminlər həmişə nümünəvi olaraq davaranıblar.

C.Cavadov bildirib ki, məscidin ərazisinin yenidən alınması çox pis haldır:

"Bu qanunsuzluqlara qarşı çıxmaq ilk olaraq müsəlman kimi özümə borc bilirəm, sonra isə vəkil olaraq. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə və Suraxanı rayon İcra Hakimiyyətinə informasiya sorğuları göndərirəm. Məscidin ərazisi onun mülkiyyəti və ayrılmaz hissəsidir. Cənab Prezidentin göstərişi ilə 2010-cu ildə məscidin sökülməsinin qarşısı alınıb, sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bu hal mübahisəsiz olaraq öz təsdiqini tapıb. Qanunla bu torpaq sahəsinin sərəncamçısı QMİ-dir. Əvvəlki qanunsuz məhkəmə qərarlarının ləğv edilməsinə görə müraciət edənlər sırasında QMİ olduğundan, bu idarənin məscidə qarşı növbəti qanunsuzluğa nəinki göz yumacağın, ona qarşı yenidən mübarizə aparacağına tam əminəm. Xüsəsən 2017-ci ildə - "İslam Həmrəylik ili"ndə hansısa məmurların belə niyyətlərinin olması dövlət siyasətinə qarşı zənnimcə açıq-aşkar təxribat ola bilər və buna qarşı bütün hüquqi müdafiə vasitələri ilə qarşı çıxacam və əminəm ki, mən tək olmayacam".

Məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Modern.az-a açıqlamasında məsələnin araşdırılacağını deyib:

"Azərbaycanda 2165 məscid var. Bu məscidlərin 306-sı tarixi, dini abidə kimi dövlət tərəfindən qorunur. Amma bu o demək deyil ki, onlar tarixi abidə kimi qorunduğu üçün Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Mədəniyyət Nazirliyinin balansında olan məscidlər o məscidlərdir ki, onlar konkret olaraq qoruq ərazisində yerləşirlər. Belə məscidlər Gəncədə, Şəkidə , eyni zamanda İçərişəhər qoruq idarəsinin ərazisində fəaliyyət göstərən məscidlərdir. Yerdə qalan məscidlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı bələdiyyələrin balansındadır. Bələdiyyələr isə bu məscidlərin təmənnasız, icarə haqqı alamdan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) istifadəsinə veriblər. Amma bu o demək deyil ki, məscidlər QMİ-nin balansındadırlar. Balans olaraq bələdiyyələrdədir, bələdiyyələr isə məscidləri QMİ-nin istifadəsinə verib.
Konkret olaraq ""Fatimeyi Zəhra" məscidinə gəlincə, bu məsələ Komitə tərəfindən araşdırılacaq və ərtaflı məlumat veriləcək".

Xəbərlər     Baxılıb: 1479   Tarix: 03 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

həkim məsləhəti reseptler hamiləlik bürclər 2026 xiyar tutmasi quru yemekler permanent makiyaj kosmetika mikayıl abdullayev rus dilin nece orenek google xlor lekesi baldiza aid