"Mən də koronavirusa inanmırdım, amma çox məkrli imiş"-Moskvada koronavirusa yoluxan Tofiq Əzimov başına gələnləri danışdı

"Mən də koronavirusa inanmırdım, amma çox məkrli imiş"-Moskvada koronavirusa yoluxan Tofiq Əzimov başına gələnləri danışdı"Mən də koronavirusa inanmırdım, amma çox məkrli imiş" -Moskvada koronavirusa yoluxan Tofiq Əzimov başına gələnləri danışdı
Rusiya koronavirus xəstələrinin ən çox aşkar olunduğu üç ölkədən biridir. Bu ölkədə 242 271 COVID-19 infeksiyasına yoluxma halı təsdiq edilib.
Milli.Az xəbər verir ki, Media.Az Moskvada yaşayan, Regional və Siyasi-İqtisadi Problemlər İnstitutunun direktoru Tofiq Əzimovla koronavirusa yoluxması barədə açıqlama alıb.
Onun sözlərinə görə xəstəxanaya çatdırılana kimi vəziyyəti o qədər pisləşmişdi ki, artıq gəzə bilmirdi.
"Aprelin 5-də bir az narahatlıq, boğaz ağrısı və zəiflik hiss etdim. Evə həkim çağırdım, mənə koronavirus testi etdilər. Amma ilkin mərhələdə bronxit diaqnozu qoydular. Həkim antibiotik kursu təyin edib getdi. Həyat yoldaşım profilaktik məqsədlə, xəstəliyin əlamətləri olmasa da, antibiotik qəbul etmək qərarına gəldi. Ancaq ilk həbi qəbul edən kimi özümü pis hiss etdim və ishal başladı. Bağırsaq qripinə tutulduğumu düşündüm, mədəmə görə narahat olaraq, hətta qastroskopiya da etdirəcəyimi düşündüm. Koronavirusa yoluxduğum ağlıma belə gəlmədi.
Səhhətim pisləşməyə davam edirdi. Yenidən təcili yardım çağırdım, həkimlər mənə sistem qoşdu. Bundan sonra vəziyyətim bir az düzəldi, amma xəstəliyin məndən əl çəkmədiyini hiss edirdim. Aprelin 11-də vəziyyətim yenidən pisləşdi, professor tanışıma müraciət etdim. O, mənə gecikmədən təcili yardım çağıraraq xəstəxanaya getməli olduğumu dedi.
Həkimlər gələndə artıq gəzə bilmirdim. Təcili yardım maşınında mənə oksigen maskası verildi. Bundan sonra nə baş verdiyini praktiki olaraq xatırlamıram, bir də reanimasiyada oyandım. Daha sonra həkimin mənə dediyi kimi, xəstəxanaya qəbul olunan vaxt ağciyərlərimin parenxim toxumasının 60%-i prosesə cəlb olunmuşdu. Ağciyərləri nə qədər tez məhv etdiyini hiss etməməyiniz bu virusun olduqca məkrli olmasını göstərir. Yalnız kompüter tomoqrafiyasının nəticələri onların nə qədər acınacaqlı vəziyyətdə olduğunu təsdiqləyə bilir.
Heç bir ağrı, müəyyən bir nəfəs darlığı və ya digər simptomlar yox idi. Dəhşətli ishal, ürəkbulanma, narahatlıq, 37 dərəcədən bir qədər yüksək temperatur və bir az boğaz ağrısı var idi.
Yalnız aprelin 16-da, artıq xəstəxanada olduğum müddətdə "Rospotrebnadzor"dan mənə zəng etdilər və testlərimizin nəticələrinin müsbət olduğunu bildirdilər. Təsəvvür edin, nəticələr 11 gün olmadı. Vaxtında təcili yardım çağırmasaydım, kim bilir, nələr olacaqdı... Bundan əlavə, xəstəlik pis keçməsəydi və evdə olmasaydım, bu günlərdə çox sayda insana virusu yoluxdura bilərdim. Xoşbəxtlikdən həyat yoldaşım xəstəliyi yüngül və simptomsuz keçirdi. O, evdə həkimlərin nəzarəti altında müalicə olunurdu, mütəmadi olaraq zəng edir və səhhəti ilə maraqlanırdılar.
Ən yaxşı tibb müəssisələrindən birində - I.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin klinikasında müalicə olundum. Ancaq virus yeni olduğundan və yaxşı öyrənilmədiyindən heç kim onunla davranış qaydalarını bilmir. Mənə QİÇS əleyhinə həblər, malyariya, antiviral preparatlar, antibiotiklər verdilər.
Xoşbəxtlikdən terapiya istənilən effekti verdi, bu gün vəziyyətimi sabit adlandırmaq olar. 21 və 25 aprel tarixlərində ikinci dəfə test edildik. Aprelin 27-də xəstəxanadan çıxdım, amma iki həftə özünü təcrid etməyim tövsiyə olundu.
Qeyd edim ki, Moskva həkimləri testlərə etibar etmirlər. Onların sözlərinə görə, virusu yalnız 60% hallarda aşkar edirlər. Kompüter tomoqrafiyası bunu ən yaxşı şəkildə ortaya qoyur, real mənzərənin 96%-ni göstərir.
Koronavirusun varlığına inanmayanlara demək istəyirəm ki, mən də koronavirusa inanmırdım, qoruyucu maskalar və əlcəklər olmadan gəzirdim. Onun mənə toxuna biləcəyini ağlıma belə gətirmirdim. Ancaq indi mövcud olduğunu dəqiq bilirəm. Buna görə, təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın.
Reanimasiyada yatanda və ətrafında nə qədər süni tənəffüs aparatlarına qoşulmuş xəstələrin olduğunu görəndə qorxursan. Mümkünsə evdə qalın, əks halda, mütləq maska və əlcəklərdən istifadə edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1133   Tarix: 15 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

hamilelikde qidalanma yay geyimləri 2026 aksessuarlar pnevmoniya xesteliyi şalvar modelləri çanta ayaqqabı gül buketləri kosmetika qurd xəstəliklərinə qarşı mualicə pomidor naz mila novruz bayramina aid hakisdalar uzeyir hacibeyli