Menepauza beyin üçün siqnal verir – Hormonlar azaldıqda beyində nə baş verir?

Menepauza beyin üçün siqnal verir – Hormonlar azaldıqda beyində nə baş verir?Menopauza yalnız dövrənin bitməsi deyil, beynin kimyasının dəyişdiyi yeni bir dövrdür. Bu mərhələdə hormon səviyyələri düşür və sinir hüceyrələri azalan siqnallara fərqli reaksiya verməyə başlayır. Mütəxəssislər bildirir ki, beyin düzgün həyat tərzi ilə yenidən proqramlana bilər.
Nevroloq Prof. Dr. Derya Uludüz xəbərdarlıq edir: "Hormon tarazlığı, qidalanma, stress idarəsi və aktiv həyat bir yerdə tətbiq olunarsa, beynin qocalma prosesi yavaşladılır."
Estrogen azalanda - yaddaş və diqqət zəifləyir
Estrogen yalnız qadınlıq hormonu deyil, beyində sinir hüceyrələri arasında əlaqəni gücləndirən əsas tənzimləyicidir. Bu hormon yaddaşı, diqqəti və öyrənmə prosesini aktiv saxlayır, serotonin və dopamin istehsalını dəstəkləyir.
Menopozda estrogen azaldıqda:
Nevron əlaqələri zəifləyir
Yaddaşda ləngimə, söz tapmaqda çətinlik yaranır
Diqqəti toplamaq çətinləşir
Nə etməli?
 Həftədə ən az 5 dəfə açıq havada yüngül idman
 Kətan toxumu, nar, soya kimi bitki mənşəli estrogen mənbələri
Sarıkök, zəncəfil, rozmarin - beyin damarlarını qoruyur
Estrogen azalanda serotonin də aşağı düşür, nəticədə:
Ruh halı tez dəyişir
Motivasiya azalır
"Özümü əvvəlki kimi hiss etmirəm" düşüncəsi yaranır
Nə etməli?
 Səhər 20 dəqiqə günəş vannası
 Yumurta, yulaf, banan, qoz - serotonin istehsalını artırır
 Sakit tempdə gəzinti və nəfəs məşqləri - dopamin üçün təbii dəstək
Progesteron beynin təbii sakitləşdiricisidir. Azaldıqda:
Yuxuya getmək çətinləşir
Gecələr tez oyanma baş verir
Stress hormonu kortizol yüksəlir
Beyin gecə toksinləri təmizləyə bilmir - demans riski artır
Nə etməli?
 Hər gün eyni saatda yatmaq
 Yatmazdan əvvəl melisa, lavanda və ya çobanyastığı çayı
 4-7-8 nəfəs texnikası ilə stressin azaldılması
 Şəkər, ağ un və kafeini azaltmaq
Testosteron yalnız kişilərə aid deyil - qadın beyninin enerji mənbəyidir. Azaldıqdaenerji azalır, qərarsızlıq, halsızlıq və motivasiya itkisi olur.
Nə etməli?
 Həftədə bir neçə dəfə yüngül ağırlıq məşqləri
 Proteinli və sinklə zəngin qidalar: ət, balıq, yumurta, badam, mərci, avokado, fıstıq
 Kiçik, real məqsədlər qoymaq - beynin motivasiya mərkəzini aktivləşdirir
Menopozdan sonra beyin "enerji qənaəti" rejiminə keçir, diqqət və öyrənmə yavaşlayır. Bu, tez-tez yaşanan zehni yorğunluq və bulanıqlığın əsas səbəbidir.
Nə etməli?
 Zeytun yağı, balıq, avokado kimi antiinflamatuar qidalar
 Həftədə 150 dəqiqə orta tempdə gəzinti - beyinin qan dövranını artırır
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1334   Tarix: 19 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

adlarin menasi yay kolleksiyasi geyim seçimi sineye qulluq seks pozalari arvaddan icaze kagizi valideyn haqqinda kosmetika zencefil gəncə bakire haxışda statuslar