Mərcangilənin daha bir faydası üzə çıxdı
Mərcangilənin sidik yolları infeksiyaları üçün faydalı olduğu sübut edilib.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu Bond Universitetinin alimləri aşkarlayıblar.
Yeni araşdırma mərcangilə şirəsi içən insanların sidik yollarının infeksiyalarından daha çox qorunduqlarını göstərib.
Bu giləmeyvənin tərkibində bakteriyaların sidik yollarının divarlarına yapışmasının qarşısını alan birləşmələr olduğu ehtimal olunur. Bu birləşmələr infeksiyanın inkişafını ləngidə bilər.
Mərcangilə şirəsinin effektivliyi dünya üzrə 3 091 subyektin iştirak etdiyi 20 tədqiqatın nəticələrini birləşdirən meta-analizlə təsdiqlənib.
Bu araşdırmanın nəticələri sidik yolları infeksiyasının müalicəsində antibiotiklərin istifadəsini azalda bilər.
Məlum olub ki, mərcangilə şirəsi içənlərin bu cür infeksiyalara yoluxma riski 54% azdır.
Bu şirə həm də antibiotiklərə ehtiyacı 59% azaldır və sidik yolları infeksiyası olan insanlarda simptomları xeyli yüngülləşdirir.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi