Məşhur ağrıkəsici ürəyə zərər verirmiş - Açıqlama
Populyar ağrıkəsicilərdən biri zərərli imiş.
Milli.Az bildirir ki, bunu kardioloq Aurelio Rojas söyləyib.
O, ibuprofenin ürəyə zərər verə biləcəyini bildirib. Onun sözlərinə görə xüsusilə uzun müddət yüksək dozada qəbul edildikdə və ya orqanizm həssas olduqda, bu dərman ürək üçün təhlükəli ola bilər.
Rojas qeyd edib ki, bəzən ibuprofenin alternativi olmur, amma bu halda müəyyən ehtiyat tədbirləri görülməlidir. Dərmanı qəbul edərkən qan təzyiqini izləmək vacibdir, çünki ibuprofen onu yüksəldə bilər. Həmçinin maye balansını qorumaq böyrəkləri qorumağa və qan təzyiqinin ani yüksəlməsinin qarşısını almağa kömək edir.
Kardioloq dərmanı yeməkdən sonra qəbul etməyi, alkoqoldan uzaq durmağı və intensiv fiziki fəaliyyətdən çəkinməyi tövsiyə edib. "İbuprofen nə qədər qısa müddətdə və aşağı dozada qəbul edilərsə, ürək üçün bir o qədər təhlükəsiz olar," - deyə Rojas vurğulayıb.
İsmayıl
Milli.Az









Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO