Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Məşhur aktyora 12 ilədək həbs tələb edildi"Dini dəyərləri alçaltma" və "Prezidenti təhqir etmə" ittihamları ilə həbs edilən türkiyəli komediyaçı Deniz Göktaş barəsində ittiham aktı hazırlanıb.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun hazırladığı ittiham aktında Göktaşın üç ayrı cinayət üzrə məsuliyyətə cəlb olunması tələb edilib.
Prokurorluq onun 2 il 2 aydan 9 il 8 ayadək müddətə azadlıqdan məhrum edilməsini istəyib.
İttiham aktında Göktaşın iyunun 24-də "Ölü Deniz" adlı "YouTube" proqramında səsləndirdiyi ifadələrə yer verilib. Bildirilib ki, onun çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı ifadələri tənqid sərhədlərini aşaraq dövlət başçısının şərəf, ləyaqət və nüfuzuna xələl gətirəcək xarakter daşıyıb.
Bundan başqa, Göktaş "xalqı kin və düşmənçiliyə təhrik etmək və ya aşağılamaq" və "cinayəti və cinayətkarı tərifləmək"də ittiham olunur.
İttiham aktında onun oruc tutan şəxslərlə bağlı səsləndirdiyi ifadələrin də xalqın dini baxımdan fərqli xüsusiyyətlərə malik bir hissəsini digər hissəsinə qarşı kin və düşmənçiliyə açıq şəkildə təhrik etdiyi bildirilib.
Göktaşın başqa bir videosunda İslam dininin müqəddəs kitabı olan "Qurani-Kərim"lə bağlı ifadələr iş üzrə materiallara daxil edilib.
Həmçinin onun dənizə haşema ilə girən qadınlarla bağlı sözləri də ittiham aktında yer alıb. Sənəddə Göktaşın ifadəsində "dalğıc" sözü ilə dənizə haşema ilə girən qadınları nəzərdə tutduğunu etiraf etdiyi qeyd olunub.
Qeyd edək ki, prokurorluğun tələb etdiyi cəza məhkəmənin yekun qərarı deyil. Son qərarı məhkəmə verəcək.
Gülay

Şou Biznes     Baxılıb: 825   Tarix: 06 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

turlar.az

həkim məsləhəti qadın geyimi adlarin menasi haxışta uşaq xəstəlikləri bal şəfadı gavalinin faydalari kosmetika eqreb banan narin faydasi sağlamlığın sirleri xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır