Məşhur aktyorun müsəlmanlarla bağlı çıxışı hamını AYAĞA QALDIRDI - VİDEO
Eşton Katçer Donald Trampın müsəlmanlara qarşı siyasətini tənqid edib.
Qadinsayti.az Publika.az-a istinadən xəbər verir ki, daha bir Hollivud aktyoru ABŞ prezidentinin mübahisəli sərəncamı haqqında nitq söyləyib. 38 yaşlı Eşton Katçer kinoaktyorlar Gildiyası mükafatlarının təqdimetmə mərasimində ABŞ-ın yeni prezidentinin 7 müsəlman dövlətlərinin vətəndaşlarına ölkəyə girişi qadağan etdiyi sərəncam haqqında sərt çıxış edib.
Qeyd edək ki, sənədə əsasən, Suriya, İran, Sudan, Liviya, Somali, Yəmən və İraq vətəndaşları sığınacaq üçün ABŞ-a müraciət edə bilməyəcək.
Aktyor səhnəyə çıxaraq televiziya qarşısında və salonda toplaşanları, həmçinin "Mənim Amerikamın bir hissəsi" (burada o, ABŞ vətəndaşı olan digər ölkələrin nümayəndələri nəzərdə tutub) müraciəti ilə hər kəsi salamlayıb. O, qaçqınları dəstəklədiyini xüsusi vurğulayıb: "Siz də bizim cəmiyyətin bir hissəsisiniz, biz sizi sevirik və aktyorlar Gildiyasının mükafatı mərasimində sizi salamlamağa şadıq".
Aktyorun bu sözləri salonda gurultulu alqışlarla qarşılanıb. Daha sonra isə Eşton Katçer Trampın siyasətindən öz narazılığını bildirib.
Xatırladaq ki, Eşton yeni prezidentin siyasətindən narazılığını bildirən birinci aktyor deyil. Bir neçə həftə əvvəl Meril Strip də "Qızıl qlobus" mükafatlarının təqdimolunma mərasimində Donald Trampı tənqid edib.









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qabığında elə faydası var ki
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Ağamirzə: 'Gənclər nəsihətə qulaq asmır
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
İspaniya Avroviziyanı yayımlamaqdan İMTİNA ETDİ
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir