Məşhur aparıcımız ÜSYAN ETDİ: "Ailəmi dolandıra bilmirəm, kreditim..." - FOTOLAR
"Toylarda aparıcılıq da etməsəm 1 ayı aktyor maaşı ilə dolanmaq olmur. Bunun ailə saxlamağı, krediti var".
Bu sözləri BiG.AZ-a açıqlamasında "Qız atasının" sevilən aktiyoru Teymur Məmmədov deyib:
"Filmlərə tez-tez təklif alıram, ancaq ssenarini oxuyanda görürəm ki, ssenari qarmaqarışıqdır, tamaşaçılara maraqlı olmayacaq. Qonorarlar isə olduqca azdır. Ailə başçısı kimi mən tək aktyorluqla dolana bilmərəm. Ona görə də məclislərdə aparıcılıq da edirəm. İşimi sevirəm, amma bu gəlirlə ailəmi necə saxlayım, necə kredit verim, xərclərimi necə ödəyim? Hələ heç ev almağı demirəm. Bu gəlirlə ev ala biləcəyimi də düşünmürəm".