Məşhur azərbaycanlı müğənni 27 illik evliliyinə son qoydu - VİDEO
"Şou-məkan" proqramının növbəti qonağı müğənni Nazim Faytonçu olub.
Axşam.az-ın məlumatına görə, ifaçı İsrailə tez-tez səfər etməsinin səbəblərini açıqlayıb.
Sənətçi xarici ölkələrdə toy məclislərinə dəvət alınmasından söz açıb:
"İsraillə bağlı müəyyən layihələrimiz var. Bu ölkədə "Əziz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası fəaliyyət göstərir. Onların tədbirlərində iştirak etmək üçün gedirəm. Ölkəmizdə olan bayramlarla bağlı orada tədbirlər keçirilir.
Çox xoşbəxt müğənniyəm ki, Avropanı konsert və festivallarla yox, el şənlikləri ilə gəzmişəm. Mən Londonda sünnət toyunda oxumuşam. İspaniyanın Barselona şəhərində Əli kişi var, onun 70 illiyində çıxış etmişəm. Buradan Barselonaya uçmuşam".
Nazim 27 illik ailə həyatından danışıb. O bildirib ki, xanımı onu qısqanmır:
"O zaman ki qısqanclıq hökmranlıq eləmir, deməli, o ailə sağlam və normal yaşayacaq. Həm də ki həyat yoldaşım 27 il əvvəl mənə gələndə bilirdi ki, kimin yanına gəlir.
Sabah qısqanclıq oldu, çatdı elə bir pik həddə ki, ayrılırıq. Kim nə qazandı? Heç kim. Amma belə yaxşıdır. Hara uçsam da, yenə qayıdıb evimizə gələcəm".
Müğənni pərəstişkar sevgisindən bəhs edib:
"Bunun sonu yoxdur. Ən azından sənin ailən var. Sənin övladların var. O adamın da, bəlkə, ailəsi var. Yaxud bekar bir qadındır. Sən zaman keçdikcə həmin qadın üçün olursan adi bir insan, adi bir kişi. Onun üçün zirvədə dayansan da,ünsiyyət o qədər yaxınlaşdıracaq ki, vaxt ötdükcə onun üçün adi bir insana çevrilirsən".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq