Məşhur ekstrasens: "Azərbaycanda ailələrin çoxu cadu ilə dağılır"

Məşhur ekstrasens: "Azərbaycanda ailələrin çoxu cadu ilə dağılır"EKSTRASENS AQİL MƏHƏRRƏMOVUN BiG.AZ-A MÜSAHİBƏSİ :

- Yeni ildən sonra yenidən Bakıdasınız. Fəaliyyətinizdə hər hansısa dəyişiklik olacaq ?

- Çalışacam tez-tez efirlərdə görünüm. Kənarda qaldıqca boşluq yaranır. Bəlkə mən nələrsə etsəm digərləri də ortalığa çıxar. Mənim fəaliyyətim insanlara xidmət etməkdir, efirlərə, radiolara çıxıb, hər gün müsahibə vermək deyil. Sadəcə arada bunlar da lazımdır ki, insanlar səni tanısın və anlasın.

- Neçə ildir bu işlə məşğulsunuz ?

- 13 il ...

- Bu 13 ildə nəyə görə peşmansınız ?

- İki ölkə arasında qalıb, bir dəfəlik seçim edə bilməməkdən peşmanam.

- Ekstrasens nəyi bilməlidir və ya nəyi öyrətməlidir ?

- Ekstrasens magiyanın qanunlarını bilməlidir. İnsanlara düzünü deməlidir və düzgün yol göstərməlidir. Bilmirəm buna öyrətmək demək nə dərəcədə düzgün çıxar, amma əsas bunlar olmalıdır.

- Magiyanın qanunları dedikdə nə nəzərdə tutulur ?

- Magiyanın əsas qanunu öz mənfəətin üçün başqasına ziyan vurmamalısan, yalan deməməlisən, səhv fikir ötürməməlisən, öz qazancın üçün nədənsə istifadə edib, öz yaxşılığına görə çalışmamalısan və icazə verildiyi qədər insanlara məlumat verməlisən. Şər və xeyir arasında qalmayib, bir yol seçməlisən.

- Aqil bəs hansı yolu seçib ?

- Aqil hələ ki, düz yoldadır.

- Ekstrasensin gücü nə zaman tükənir ?

- Mənəvi həyatında ekstrasens zəifləyərsə, problemlərlə üzləşərsə tam işinə gücünü verə bilmir.

- Elə iş varmı ki, gücünüz çatmır deyə, onu götürmürsünüz ?

- Götürmədiyim işlər var. Amma gücüm çatmır deyə yox, sadəcə sağlamlığıma ziyan olur deyə bəzi işlər var ki, imtina edirəm. Əsasən sağlamlıqla bağlı işləri çox götürmürəm. Biznes və şəxsi həyatla bağlı işləri daha çox götürürəm. Cadunu təmizləyirəm, "zaşita" qoyuram.

- " Zaşita" nə demək ?

- " Zaşita" ya güzgüyə qoyulur,ya da insanın energetikasına qoyulur. Bu zaman həmin "Zaşita" çox zaman sınmır. Bu " Zaşita" insanı nəfsdən, cadu-əməldən. xəta-bəladan qoruyur. Ancaq peşəkarın qoyduğu " Zaşita" ...

- Hər hansı bir ekstrasens o "zaşita"nı sındıra bilməz ?

- Yox. Onun kodu məndədir ancaq. Həmçininbaşqa ekstrasens də onu edibsə kodu yalnız özü bilir.

- Sizə müraciət dənlərlə hər zaman dürüstsünüz ?

- 90 faiz hə. 10 faiz ölüm xəbərlərini vermirəm.

- Yanınıza gələn adamın heç görmüsünüzmü tezliklə öləcək ?

- Hə ... O zaman insandn iylənmiş ət iyi gəlir, insana deyirəm ehtiyatlı olun. Amma əcəl gəlibsə nə etmək olar ? Ölüm tarixi dəyişilmir.

- Bəs siz nəyi dəyişdirə bilirsiniz ?

- Şəxsi həyatında insanın problemlərini, madiyyatı ilə bağlı bir çox şeyləri və s.

- İşinizlə bağlı nəyi etiraf eləməkdən qorxursunuz ?

- Əgər etiraf etsəm deməli qorxmuram, amma elə şey yoxdur. Sadəcə mən bir şey istəyirəm ki, insanlar bizi qəbul etsinlər.

- Niyə sizi qəbul etməlidirlər ?

- Çünki hər peşədə yalançı da var, dürüst də .

- Bəs şəxsi həyatla bağlı nəyi etiraf eləməkdən qorxursunuz ?

- Artıq heç nəyi ...

- Sonuncu dəfə kimə kömək etmisiniz ?

- Haqsız yerə həbs edilən insanın azadlığa çıxmasına kömək etdim. Hadisə Rusiyada olub.

- Son aylar ən çox sizə nə üçün müraciət edirlər ?

- ( gülür-red) " Ərimi qaytar mənə " deyə bir qadın gəlmişdi. Sabah belə də yazacaqsınız ?! Loru dildə çox pis səslənir. Amma belə problemlər bu dəqiqə geniş vüsət alıb. Ancaq mən görsəm ki, əri ikinci qadını daha çox sevir, o zaman elə bir şey etmirəm. Amma görsəm ki, ərlə -arvad arasına nə isə başqa məqamlar var, o zaman hə işə keçirəm.

- Dediklərinizin neçə faizi düz çıxır ?

- 80 faizi.

- Xəyanətlə bağlı sizə müraciətlər çox olur ?

- Rəqəm deməyim ki, şərhlərdə məni yıxıb-sürüyəcəklər. Amma çox olur.

- Yaxşı bəs şəxsi həyatda xəyanətlə qarşılaşmısınız ?

- Yox, olarsa həmin an silərəm.

- Aqil nə üçün insanlar sizə inanmalıdır ?

- Mən əminliklə deyə bilirəm ki, heç kəsi aldatmıram. Dediyimin arxasında dururam. Nəyi demişəmsə demişəm, onu sonradan başqa yönə fırlatmıram.

- Yanınıza gələn insanlarla heç olur dostlaşırsınız ?

- Demək olar əksəriyyəti ilə ...

- Elə olub ki, sizi özündənrazı bilib sizin yanınıza gələndən sonra fikri dəyişənlər ?

- Hə olub. Yanıma gələndən sonra tərifləyiblər ki, sadə və səmimisiz (gülür-red). Qarşımdakı insana uyğun hərəkət etməyi sevirəm. Məsələn bu gün böyük bir biznesmen bahaı geyimdə gəlib elə sifətdə oturmuşdu ki, artıq onun yanında mən də özündənrazılıq etdim, hər şey qarşılıqlıdır.

- İnsana ilk dəfə baxanda nələri görürsünüz ?

- Keçmişindəki səhvlər kino lenti kimi göz önümə gəlir və ona həmin səhvlərini deyirəm. Ekstrasens dedikdə sırf şeytanla işbirliyində olan adam nəzərdə tutlmalıdır. Mənim Allahım da, dinim də bəllidir. Bir müsahibəmdə "Allahu Əkbər", "İnşallah" dedim insanlar məni topa tutdu. Niyə məgər ekstrasens insan deyil ? 4 dəfə "Qurani - Kərimi" oxumuşam. Bunu reklam üçün demirəm sadəcə ekstrasens dinsiz demək deyil.

- Rusiya və Azərbaycanı müqayisə etsək cadu harada daha çox inkişaf edib, evlər yıxır ?

- Azərbaycanda 70 faiz insanların həyatını cadu dağıdır. Məsələn bu yaxında bir qadın yanıma gəlmişdi, 11 dəfə hamilə qalıb, ancaq 7-8 aylıqda uşaqları tələf olub. Cadusunu təmizlədim, övladını qucağına alıb.

Əlaqə üçün: 055 223 66 13

İnstagramda isə:ekstrasens_agil_magarramov

Xəbərlər     Baxılıb: 3439   Tarix: 16 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

turlar.az

kosmetika mehsullari gozel gorunmek toy makiyajlari kəklikotunun faydası körpə və ona qulluq kişilərə təsir etmək şirniyyat resepti kosmetika qiz evi haxista öpüşme tanisliq yutube salatlar