Məşhur həkimdən tövsiyə: Yeməkdən yarım saat sonra için – həm ürəyi, həm də qaraciyəri təmizləyir

Məşhur həkimdən tövsiyə: Yeməkdən yarım saat sonra için – həm ürəyi, həm də qaraciyəri təmizləyirAmerikalı tanınmış həkim Dr. Eric Bergin sözlərinə görə gündəlik həyatınıza əlavə edəcəyiniz sadə vərdiş orqanizminizi zərərli maddələrdən təmizləyəcək.
Milli.Az xəbər verir ki, söhbət limonlu sudan gedir. Bu təbii içki, xüsusilə yeməkdən sonra qəbul edildikdə, ürək və qaraciyər sağlamlığı üçün faydalıdır.
Onun izahına görə limon suyunun tərkibindəki faydalı maddələr, xüsusilə də "choline" adlı birləşmə qaraciyərdəki yağlanmanı azalda bilər. Həkim bildirir ki, qaraciyər yağlanması (hepatik steatoz) vaxtında qarşısı alınmazsa, uzunmüddətli ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Limon suyu isə bu yağların parçalanmasına kömək edən fitobesinlərlə zəngindir.
Həkimin vurğuladığı başqa bir məqam da limon suyunun ödə müsbət təsir göstərməsidir. Öd çatışmazlığı bədəndə artıq xolesterin yığılmasına səbəb ola bilər. Limon suyu isə bu tarazlığı bərpa etməyə yardım edir.
Limon suyu arıqlamağa birbaşa təsir etməsə də, qanda şəkəri tənzimləyərək və insulini aşağı salaraq dolayısı ilə çəki atmağa kömək edə bilər. Dr. Bergin fikrincə artıq çəkidən qurtulmaq istəyənlər "necə arıqlayım?" sualından çox, "insulini necə azaldım?" sualına cavab axtarmalıdır. Limonlu su isə bu prosesdə təbii bir vasitə ola bilər.
Bundan əlavə, limon suyunun böyrək daşlarının yaranmasının qarşısını almaq gücündə olduğu da qeyd edilir. Tərkibindəki sitrik turşu, oksalat adlı maddə ilə birləşərək daş əmələ gəlmə riskini azalda bilər. Xüsusilə böyrək daşı keçirmiş şəxslər üçün bu vərdiş önəmli profilaktik rol oynaya bilər.
Hətta heyvanlar üzərində aparılan bəzi araşdırmalar limonlu suyun ömür uzunluğuna da müsbət təsir etdiyini göstərib.
Limonun tərkibindəki naringin adlı maddənin damar tıxanıqlığı, hemorroid, varikoz və hətta Alzheimer xəstəliyinə qarşı qoruyucu potensiala malik olduğu da vurğulanır.
Ancaq Dr. Berg bir neçə mühüm detallara da diqqət çəkir:
Limonlu suyu yeməkdən dərhal əvvəl içmək mədə turşusunu poza bilər. Ona görə də yeməkdən ən az 30 dəqiqə sonra içilməsi tövsiyə olunur.
Diş minasını qorumaq üçün limon suyu mümkün qədər pipetlə içilməlidir.
Mədə xorası və ya qastrit problemi olanların bu vərdişdən uzaq durması məsləhətdir.
Nəticə etibarilə, limonlu su içmək sadə, əlçatan və sağlamlıq baxımından faydalı bir vərdişdir. Ancaq hər bir təbii üsul kimi, o da sağlam həyat tərzinin bir hissəi olaraq düşünülməlidir. Yəni balanslı qidalanma, idman, siqaretdən uzaq durma və stresin idarəsi ilə birlikdə tətbiq edildikdə təsiri daha çox hiss ediləcək. Mədə problemi olan şəxslər isə mütləq həkimlə məsləhətləşməlidirlər.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1804   Tarix: 12 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

kosmetika mehsullari qadın geyimi kosmetoloq cizgi filmləri eroziya xesteliyi asan ariqlamagin yollari soyuqdəymə kosmetika cinsi novruz bayramına aid hakıştalar üzeyir hacıbəyli vetene aid bayati faydalı bilgilər