Məşhur reper gənc qadına işgəncə verərək, 3 gün zorladı - TÜKÜRPƏDİCİ OLAY
Gənc qadına üç gün ərzində işgəncə tətbiq edərək təcavüz edən ingilis reper Courtney Hutchinson 23 il müddətinə həbsə məhkum edilib.
Reper bir müddət əvvəl İngiltərə istehsalı olan cinayət və mafiya həyatından bəhs edən "The Intent" adlı filmdə rol aldığı səhnələrdən birində əlində qızmar ütü ilə bir adamı yandıraraq işgəncə verən obraz canlandırıb. O, filmdəki işgəncələri oğurladığı həmin qadına tətbiq edib.
Londonda yaşayan qadın evinə gedərkən qəfil reperin hücumuna uğrayıb. Gənc qadına zorla axşam yeməyi yedizdirən Hutchinson daha sonra ona təcavüz edib. Ertəsi gün qurbanının saçlarından tutaraq yerdə sürüyüb və elektrik kabeli ilə döyüb. Qadından qızmar ütü ilə özünü yandırmasını istəyib. Ona yalvarınca əsəbiləşən Hutchinson qurbanının dərisinə isti ütü basaraq işgəncə verib. Daha sonra qadının əllərini arxadan bağlayaraq dəfələrlə üzünə və boğazına zərbələr endirib.
Növbəti gün qaynar suyun altında yanıq yaralarına basaraq duş qəbul etdirib. Canını qurtarmaq fürsətini yaxalayan 32 yaşlı qadın çılpaq halda küçəyə qaçıb. Hutchinson "səni indi tutaram" deyə qışqıraraq özündən qaçan qurbanının arxasınca düşüb. Repçi yalandan "o mənim arvadımdır" desə də, yoldan keçən bir nəfər qadına kömək edib və onu xəstəxanaya aparıb.
Qadının bir qolunun çıxdığı, gözətrafı sümüyünün qırıldığı, sinəsində və ayağında yanıqlar meydana gəldiyi, bıçaqla əlindən yaralandığı, burnunun qırıldığı və qarın bölgəsində daxili qanaxma olduğu təsbit edilib.
9 yanvarda Snaresbrook Kral məhkəməsinə çıxarılan Courtney Hutchinson günahlarını qəbul edərək 23 il müddətinə azadlıqdan məhrum edilib./oxu.az
f Paylaş








Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Madonna xalqdan kömək istəyir
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama