Məşhur şirkətlərin saqqızlarına DİQQƏT: şişkinlik, qarınağrısı, ishal
Saqqız çeynəmək qarınyumşaldıcı təsir göstərə bilər.
Milli.Az-ın xəbərinə görə, bu barədə "KP.ru" "Telegram" kanalının yazısında bəhs edilir.
Bildirildiyinə görə, 42 yaşlı rusiyalı qadın demək olar, 6 ay ərzində mədə-bağırsaqla bağlı probleminin nədən qaynaqlandığını başa düşə bilməyib. Lakin həkimlər müəyyən ediblər ki, qadının bağırsaq problemi saqqız ilə, daha dəqiq desək, saqqızın tərkibindəki sorbitol ilə bağlıdır. Belə ki, bu maddənin 0,4 qramının bir dəfəyə qəbulu qarında şişkinlik, qarınağrısı və ishala səbəb ola bilər.
Yeri gəlmişkən, bu maddə həmçinin "Orbit", "Dirol", "Mentos" və "Eclipse" kimi məşhur saqqızların inqrediyentlərində də qeyd edilib və yumşaldıcı təsirə malik olduğu barədə də xəbərdarlıq edilib.
Dozajlar ilə bağlı təfərrüat yazılmayıb, üstəlik, hər kəsin öz reaksiyası ola bilər. Lakin birdəfəyə bir neçə ədəd saqqızı ağzınıza atmamaq tövsiyə edilir. /Oxu.Az
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO
"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi
Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB
Müğənni həbsxanaya göndərildi