Məşhur teleaparıcı xəstəxanaya yerləşdirildi
Rusiyanın tanınmış teleaparıcısı Dmitri Dibrov xəstəxanaya yerləşdirilib.
azxeber.com Rudiya mətbuatına istinadən xəbər verir ki, teleaparıcı məclislərdən birində yıxılaraq huşunu itirib.
Hadisədən sonra o, kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya aparılıb.
Məlumata əsasən, sonrakı müayinələr zamanı Dibrovun yıxılarkən qolunu da sındırdığı, həkimlər əməliyyat tövsiyə etsələr də, teleaparıcının əməliyyatdan imtina etdiyi bildirilir.
Dibrovun keçmiş həyat yoldaşı Polina Dibrova onun səhhəti ilə bağlı narahatlığa əsas olmadığını deyib.
"Hazırda o, peşəkar həkimlərin nəzarəti altında xəstəxanadadır. Hər şey yaxşı olmalıdır", - deyə Polina Dibrova bildirib.
Müayinələrin tamamlanmasından sonra onun evə buraxılması gözlənilir.
Aysel









Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Məşhur aktyor 22 kilo arıqladı
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun