Mətanət İsgəndərli: "Çöldə də işləyim, evdə də? Kişilər görmüsüz ki, evdə işləsin? + VİDEO

Mətanət İsgəndərli: "Çöldə də işləyim, evdə də? Kişilər görmüsüz ki, evdə işləsin? + VİDEO"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı əməkdar artist Mətanət İsgəndərli olub.

Söhbətimizə əynindəki güllü-çiçəkli libasla başlayan əməkdar artist, yazın gəlişinə sayılı günlər qalmış artıq geyimlərilə baharın ilk müjdəçisi olmaq istəyir:

"Necə ki təbiət oyanır, insanda da həvəs yaranır. Elə bilirsən ki, yenidən doğulmusan. Həmişə Novruz gələndə mən bu hissi keçirirəm. Yeni ümidlərlə, yeni arzularla yaşayıram. Yaz hələ tam gəlməyib. Geyimə fikir verin, aşağıdan başlayır allı-güllü. Yavaş-yavaş yuxarı qalxır. Həmişə allı-güllü günlər arzu edirəm. Həmişə əhvalınız xoş olsun".

Evin həm kişisi, həm də qadını olan Mətanət xanım yemək bişirməklə bağlı müğənniyə irad bildirənlərə tutarlı cavab verməkdən çəkinməyib:

"Hərdən mənə deyirlər ki, evdə iş görmürsən. Deyirəm yazıq canım, çöldə də işləyim, evdə də? Kişilər görmüsüz ki, evdə işləsin? Kişi evə gələndə arvad deyir ki, işdən gəlib yorğundu. Qulluq edir ona. Mən də deyirəm, evin kişisi gəldi, qullaq edin".

Bəzi sənətçilər onların parodiya olunmasını qəbul etmiyib həmin adamlarla qanlı-bıçaqlı olsalar da, əməkdar artist bundan zövq aldığını dilə gətirib:

"Bir də görürsən ki, mənə zəng vururlar, filankəs səni belə parodiya elədi. Onlar elə bilirlər ki, bu, məni əsəbiləşdirəcək. Əksinə xoşam gəlir, mən gülürəm. Məni parodiya edirlərsə, deməli, mənə yaşadırlar də. Ürəyim gedir də, təsəvvür edin mənim paltarlarımı geyiniblər. Xatun da məni parodiya edir".

Mətanət xanım, son vaxtlar qızınızla bağlı mətbuatda ağlı-qaralı xəbərlər yayılır, övladınız şəxsi həyatı ilə bağlı tez-tez gündəmə gəlir. Sizin bu haqda düşünücələriniz nədir?

"Yanlış məlumatların gəzməyindənsə, öz dilindən eşitmələri daha yaxşıdır. Mənim qızım onun haqqında danışmağımı xoşlamır. Həmilə deyir ki, "ana, mənim şəxsi həyatımdan danışma". Qızımı hələki nişanlamamışam. Qismət. Olan kimi biləcəksiz. Mən Ülkərə qarışmıram. Böyük qızdı. Bu nə dərəcədə düzgündür. O, ailə qurur, mən qurmuram ki".

Mətanət xanım, qayınana gəlin sös-söhbətləri həmişə olub və bəzən bu söz-söhbətlər daş atıb baş yarır. Bəs, siz necə qayınanasız?

"Onu yaxşı olar ki, gəlinimdən soruşun ki, mən necə qayınanayam. Mən qayınana yox, yaxşı anayam. Heç vaxt özümü fikirləşməmişəm, balalarımı düşünməmişəm".

Aranjimançısından dili-dodağı yanmış kimi şikayət edən müğənni onu bəklə də bir qaşıq suda boğar. Ancaq ola bilsin ki, mahnını təhvil almamış heç nə etmək istəmir:
"Yeni mahnılar yazdırmışam. Ancaq bir aranjimançı var, mən ona mahnı verdimsə, aylarla saxlayır. Deyirəm verməyim, yenə də verirəm. Adını çəkmiyəcəm. Qabaqcadan pulunu verirəm, elə olub ki, illərlə işini görməyib. Bilmirəm, bunula necə işləyim. Qabaqcadan verim pulu, ya yox".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 1839   Tarix: 08 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

turlar.az

yay kolleksiyasi geyim şəkilləri geyim seçimi hakışta xınayaxdı qarağatın faydaları valideyne aid statuslar piroqlar kosmetika novruz bayramına aid bakışta arıqla sanama veten rus dili