Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTOEvdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii" bambuk məhsulları tərkibindəki kimyəvi maddələr səbəbindən həyatımız üçün təhlükə yaradır. Əgər mətbəxinizdə bu tip məhsullar varsa, onları dərhal atmaq lazımdır.
Milli.Az xəbər verir ki, son illərdə plastik çirklənməsinə qarşı çıxış yolu kimi təqdim edilən "ekoloji təmiz" etiketli bambuk görünüşlü boşqablar, fincanlar və uşaq qabları haqqında elm dünyasından qorxulu xəbərdarlıq gəlib. Araşdırmalar göstərir ki, bu məhsulların böyük bir hissəsi təmiz bambuk deyil, əksinə ağır kimyəvi maddələr daşıyır.
Həqiqi, tək parça ağacdan hazırlanan bambukların əksinə; bazarda "bambuk tozu" və ya "bambuk lifi" adı ilə satılan hamar və rəngli qablar əslində kompozit materialdır. Bu toz halındakı lifləri bir arada tutmaq üçün istehsalçılar melamin-formaldehid qatranı adlanan güclü bir yapışqandan istifadə edirlər.
Bu qablar 70°C və daha yüksək temperaturlu qidalarla (isti şorba, qəhvə) təmasda olduqda və ya mikrodalğalı sobaya qoyulduqda, tərkibindəki formaldehid və melamin birbaşa qidaya sızmağa başlayır.
Böyrək çatışmazlığı və xərçəng riski
2026-cı ilin səhiyyə hesabatları bu kimyəvi sızıntının orqanizmdə toplanaraq ciddi fəsadlar yaratdığını təsdiqləyir:
Melamin uzunmüddətli təsir nəticəsində böyrək daşlarına və xroniki böyrək çatışmazlığına yol açır.
Formaldehid Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "mütləq xərçəngyaradan" maddə kimi təsnif edilir. Tənəffüs yollarının qıcıqlanmasından həzm sistemi pozuntularına qədər geniş risklər yaradır.
Həqiqi bambuku saxtasından necə ayırmalı?
Mətbəxinizi qorumaq üçün məhsulları diqqətlə analiz edin:
Həqiqi bambuk tək bir ağac parçasından yonulmuş kimi görünür və üzərində ağacın təbii damarları (izləri) aydın seçilir.
Əgər məhsul plastik kimi hamardırsa, üzərində rəngli naxışlar varsa və ya "bambuk lifindən hazırlanıb" yazılıbsa, onun tərkibində melamin əsaslı yapışqan olma ehtimalı 90%-dən yüksəkdir.
İsti yeməklər və içkilər üçün şüşə, çini (farfor) və ya paslanmaz polad məhsullardan istifadə edin.
Bambuk məhsullarını yalnız quru qidalar (çörək, çərəz və s.) üçün istifadə edin.
Bambuk qabları heç vaxt mikrodalğalı sobaya və ya qabyuyan maşına qoymayın. Yüksək istilik və yuyucu vasitələr kimyəvi sızıntını ən yüksək səviyyəyə çatdırır.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1244   Tarix: 29 mart 2026
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sac duzumleri qadin sayti geyim və ayaqqabılar elza seyidcahan sevinc tofiqqızı sidik yolu infeksiyalari milli geyimlər kosmetika baldıza aid hakışta nagillar maskalar dolça veten haqqinda bayatilar