Meteohəssaslıq: əlamətlər və müalicə prinsipləri - tanınmış həkimin məsləhətləri

Meteohəssaslıq: əlamətlər və müalicə prinsipləri - tanınmış həkimin məsləhətləriBir çox insan vücudunun dəyişən hava şəraitinə qarşı mənfi reaksiyasının olduğuna əmindir.
Hava asılılığı - meteohəssaslıq nədir?
Meteoroloji asılılıq - havanın dəyişməsinə qarşı  bədənin reaksiyasıdır. Müasir tibb rəsmi "meteosensitivlik" diaqnozunu tanımır və Beynəlxalq Xəstəliklər Təsnifatında belə nozologiya mövcud deyil.
İsti və soyuq temperaturun, güclü küləklərin, atmosfer təzyiqinin, istiliyin, rütubətin və ya yerin geomaqnit sahəsinin pozulmasının kəskin dəyişməsinə cavab olaraq demək olar ki, görünməyən narahatlıq doğuşdan insana xas olan xüsusiyyətdir və ümumiyyətlə, tez keçir. Bu, bədənin normal fəaliyyət göstərdiyinə və ətraf mühitə uyğunlaşa biləcəyinə bir işarədir. Hava şəraitinə belə həssaslıq  çox insanda müşahidə olunur, çünki insan təbiətin bir hissəsidir və onun dəyişiklikləri ilə yaxından bağlıdır.
Çox vaxt böyük şəhərlərin sakinləri az hərəkət etdikləri, nadir hallarda çölə çıxdıqları və kondisionerlər və mərkəzi isitmə istifadə edərək rahat bir temperatur yaratmağa alışdıqları üçün şikayət edirlər. Bu səbəbdən təbii uyğunlaşma qabiliyyəti azalır və hava dəyişikliyi sağlamlıq vəziyyətinə təsir edə bilir.
Meteohəssaslıq: əlamətlər və müalicə prinsipləri - tanınmış həkimin məsləhətlərihəkimlərin fikrincə, meteoroloji həssaslıq özlüyündə bir xəstəlik deyil, sadəcə atmosferdəki dəyişiklər mövcud xəstəliklərin əlamətlərini artırır. Bu səbəbdən hava dəyişikliyi zamanı insanın orqanizmdə nələrin baş verdiyini və özünə, yaxud  yaxınına necə kömək edəcəyini anlaması vacibdir.
Hava şəraitində ani dəyişiklikləri heç kim sevmir, amma həssas insanlar daha ciddi problemlərlə üzləşə bilirlər. 30° C-dən yuxarı və ya 70%-dən yuxarı rütubətdə, termorequlyasiya sistemi bədəni soyutmağa çalışır ki, bu da ürək -damar sisteminə stress əlavə edir.
İstilik damarların genişlənməsinə gətirib çıxarır, tərləmə artır, beyində qan və oksigen təchizatı azalır.
Almaniya və ABŞ -da aparılan son araşdırmalar buludlu və soyuq havaların pis əhval -ruhiyyəyə səbəb ola biləcəyini, sinə nahiyəsində ağrı tutmalarının, nəbz sayının və infarkt tezliyinin artdığını göstərdi. Bəlkə də bu, yalnız depressiyanın təzahürləri ilə deyil, həm də qan dövranı pozulması ilə əlaqədardır.
Kimlər hava asılılığına həssasdır?
Çox vaxt hava şəraitindən asılılıq insanın sağlamlıq vəziyyəti ilə əlaqədardır. Məsələn, ürək-damar patologiyası olmayanların təxminən 5-10%-i meteohəssasdırlar. Lakin əsas hipertoniyalı xəstələrin təxminən yarısında meteohəssaslıq qeyd olunur.
Temperaturun həddindən artıq olması və digər hava dəyişiklikləri zamanı xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda simptomlar ağırlaşa bilər:
-bel və oynaqlar ağrıları  (artroz, artrit);
-ürək -damar sistemi əlamətləri (qan təzyiqinin düşməsi və s.);
-tənəffüs sistemi ilə bağlı əlamətlər (astma, xroniki bronxit);
-sinir sistemi tərəfindən pozulmalar: başgicəllənmə, migren, təşviş pozğunluqları.
Kəllə -beyin travması alanlar da səhhətlərində narahatlıq hiss edə bilərlər. Zərərli vərdişlərə (siqaret çəkmə, alkoqol) meylli, oturaq həyat tərzi sürən və hamilə qadınlar da  risk altında ola bilərlər .
Meteohəssaslıq: əlamətlər və müalicə prinsipləri - tanınmış həkimin məsləhətləriElmi mənbələr hər hansı bir hava şəraiti ilə bədənin fiziologiyası arasında əlaqənin birbaşa təsdiqinin olmadığını göstərir. Ancaq meteohəssas  insanlar bu vəziyyətin qarşısının alınması və müalicəsi üçün hansı tədbirlərin mövcud olduğunu bilməlidirlər.
İnsan üçün normal iqlim
İnsanlar üçün optimal hava şəraiti:
-hava istiliyi + 16 ... + 18 °С;rütubət 50-55%;
atmosfer təzyiqi 750-760 mm. c. süt. hesab olunur.
Hər üçüncü insan meteoroloji asılılıqdan əziyyət çəkir. İqlim normasından aşağı- yixarı kiçik xətalar səhhətə təsir etmir.
Kəskin və güclü dəyişiklər isə mənfi təsir göstərir: soyuma və ya 7-10 dərəcə istiləşmə, rütubətin 10-20% artması və ya azalması;,atmosfer təzyiqinin 8 mm .c.süt. və ya daha çox artması.
Bir insanın ciddi xəstəliklərinin meteohəssaslıq kimi qəbul edilməsi xəstəliyin diaqnozu və müalicəsi üçün qiymətli vaxtın itirməsi deməkdir.
Risk qrupları
Ənənəvi olaraq yüksək riskli və ya aşağı təzyiqdən əziyyət çəkənlər risk altındadır. Bu vəziyyətdə insultdan və infarktdan sonrakı vəziyyəti  xəstələrdə aydın şəkildə reaksiya qeyd oluna bilər. Çox vaxt sağlamlıq şikayətləri  skelet- əzələ sisteminin patalogiyası və immunitetin zəifləməsi ilə biruzə verir.
Hava asılılığının simptomları və onları necə aradan qaldırmaq olar?
Hava və ya mövsümlə əlaqəli simptomlar çoxdur və qeyri-spesifikdir:
təzyiq düşməsi;
baş ağrısı, migren;
əhval dəyişikliyi, aşağı enerji səviyyəsi;
allergiyanın şiddətlənməsi;
oynaq ağrısı;
quru dəri, cansız saçlar və dırnaqlar;
D vitamini çatışmazlığı;
nəfəs almaqda çətinlik hissi və s.
Bir həb içib gözləyə bilərəm, yoxsa həkimə getməliyəm?
Bəli, kəsinliklə: heç bir simptom tək hava ilə əlaqələndirilə bilməz. Məsələn, istidə iştahsızlıq, başgicəllənmə, qulaqlarda səs -küy və təzyiq artması varsa, həkimə müraciət etməlisiniz.
Vəziyyəti başa düşərək  mütəxəssisə müraciət etmək,yəni bir terapevt və ya ailə həkiminə baş çəkmək vacibdir.
Hava şəraitində gözlənilən bir dəyişiklik faktı məlum olarsa, meteohəssasların müəyyən dərmanları əvvəlcədən qəbul etmələri məsləhət bilinəcək. Hipertoniyalı xəstələr üçün təzyiqi aşağı salan dərmanlar, hipotonik xəstələr üçün - artıran və ya tonuslaşdırıcı preparatlar  uyğun görüləcək.
Eyni zamanda,xroniki xəstələr iqlim şəraitini kəskin şəkildə dəyişdirməməli, ancaq səfər qaçılmazdırsa, ondan 2 ay əvvəl tövsiyə olunan dərman  və vitamin preparatlarını qəbul etmələri məsləhətdir.
Nevroloji xəstəliklər olduqda, sakitləşdirici dərmanlar qəbul edilməlidir.
Əlbəttə ki,  həkim bu kimi dərmanların siyahısını seçməyə kömək edəcək.
Mütəxəssislər hava şəraiti dəyişdikdə havadan asılı insanlar üçün ümumi profilaktik tədbirləri məsləhət görürlər..
Yuxu pozğunluqları üçün valerian əsaslı sakitləşdirici maddələr, ət, ədviyyatlı, yağlı və qızardılmış qidalardan, spirtdən imtina etmək. Diqqəti balıq, tərəvəz, meyvə , süd məhsulları, kartof, çuğundur və paxlalılara yönəltmək lazımdır.
Kontrastlı duş qəbulu, ovuşdurma və s.- dən istifadə etmək rahatladıcı ola bilir.
Orqanizmi çox yükləməmək, düzgün istirahət etmək, stresdən uzaq durmaq da vacib şərtlərdəndir.
Sabit psixika, sağlam və dayanıqlı  skelet- əzələ sistemi, artıq çəki və pis vərdişlərin olmaması, xroniki xəstəliklər üçün düzgün seçilmiş dərmanlar (arterial hipertoniya, psixo -nevroloji pozğunluqlar) - yalnız hava dalğalanmasından deyil, eyni zamanda, "maqnit fırtınalarından" da etibarlı qorunma deməkdir.
Hira Abbey
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1687   Tarix: 15 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

gelinlikler kosmetoloq donlar 2026 qırmızı xalça salatlarin bezenmesi saç həkimi 2026 yay donlari kosmetika salam google vətənə aid atalar sözləri maraqli hakistalar haxista