Metrodakı yoxlama aparatlarının şüaları qidalarımıza zərər verir?

Metrodakı yoxlama aparatlarının şüaları qidalarımıza zərər verir?Azərbaycanda son illər metro stansiyalarının girişində təhlükəsizlik səbəbi ilə "X-Ray" cihazlarından istifadə olunur. Bu cihazlar vasitəsilə əl yüklərində olan hər bir obyekti görmək mümkündür. Hər bir əşya cihazda fərqli rəngdə göstərilir. Beləliklə, müxtəlif rənglər sayəsində bütün üzvi, metal və qeyri-üzvi komponentlər rentgen şüaları vasitəsilə aşkar edilə bilir.
Eyni zamanda içərisində qidalar olan əl çantalarımızı da "X-Ray" cihazlarından keçiririk. Cihazların yaydığı şüaların qidalarımıza təsir edib-etməməsi hər zaman müzakirə olunur.
Qida təhlükəsizliyi üzrə ekspert Fərid Səfərov modern.az-a açıqlamasında bildirib ki, cihaz istehsalçıları "X-Ray" cihazlarından yayılan radiasiyanı məhdudlaşdırmaq üçün müxtəlif ehtiyat tədbirləri görür və məhsullarını buna uyğun istehsal edirlər. Bunun üçün qurğuşun təbəqələr və ya panellərlə örtülmüş cihazlar istehsal olunur:
"X-Ray" cihazlarından yayılan şüaların qida ilə qarşılıqlı əlaqədə olmadığı məlumdur. Yəni cihazlardan alınan radiasiyanın kiçik dozasının qida və içkilərin tərkibində heç bir dəyişikliyə səbəb olmadığını bilirik. Mövzu ilə bağlı əhəmiyyətli bir araşdırma ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən aparılıb".
Fərid Səfərov bildirib ki, rentgen şüaları keçdiyi maddələrə radioaktiv xüsusiyyətlər vermir.
"Şüalar maddənin içindən keçərək yollarına davam edirlər. Onun keçdiyi materiala radiasiya yükləmək qabiliyyəti yoxdur. Bu üzdən rentgen cihazlarından keçən qidaları istehlak etməyin heç bir yan təsiri məlum deyil. Bundan əlavə, qida sənayesində rentgen qidaların sterilizasiyası və saxlama müddətinin uzadılması kimi sahələrdə istifadə edilir.
"X-Ray" cihazlarından keçən qidalar orta hesabla 0.2 millirad, ətrafdakı insanlar isə 0.02 millirad şüalanmaya məruz qalır. (qanuni limit 0.5 milliraddır). Rentgen aparatından yayılan miqdar insanın hər il aldığı radiasiyanın miqdarından 200 dəfə azdır", - deyə o bildirib.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1792   Tarix: 05 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

adlarin menasi sade makiyaj sekilleri geyim necə seçməli təmizlik üzdəki ləkələr dəri xərçənginin əlamətləri siqaret tergitmeyin asan yolu kosmetika ziyafet geyimleri oglaq vətən haqqında bayatılar arıqla geyim