Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb olacaq?

Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb olacaq?COVID-19 pandemiyasının təsirlərinin hələ də bitmədiyi bir vaxtda əvvəllər meymunçiçəyi kimi tanınan Mpox virusuna görə bir neçə Afrika ölkəsində baş qaldıran epidemiyalardan sonra avqustun 14-də 2 il ərzində ikinci dəfə beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıq fövqəladə vəziyyəti (PHEIC) elan edilib.
Milli.Az APA-ya istinadən bildirir ki, meymunçiçəyinin insana ilk yoluxma halı 1970-ci ildə qeydə alınsa da, dünya bu virusdan daha çox 2022-ci il epidemiyası zamanı xəbər tutub.
Mpox virusu yeni xəstəlik deyil. Meymunlarda 1958-ci ildə aşkarlandıqdan sonra insanlarda ilk yoluxma halı 1970-ci ilində Konqo Demokratik Respublikasında qeydə alınıb. Bundan sonra Nigeriya və Konqo Demokratik Respublikası başda olmaqla Mərkəzi və Qərbi Afrikadakı 11 ölkədə bu xəstəlik yayılmağa davam edib.
Mpox virusu heyvanlardan insanlara keçən zoonoz xəstəliyi olan Mpox (meymunçiçəyi) xəstəliyinə səbəb olan ortopoxvirusdur və yayılma halları, əsasən, virusu daşıyan heyvanların olduğu tropik yağış meşələrinin yaxınlığında aşkar edilir. Xəstəlik insanlardan insanlara da keçə bilər. Bədən mayeləri ilə təmasda, dəridə və ya daxili selikli qişalarda, məsələn, ağız və ya boğazda, tənəffüs damcılarında və çirklənmiş əşyalarla təmasda yoluxma baş verə bilər.
Xəstəlikdən ölüm ehtimalı sənədləşdirilmiş hallarda 0-11% arasında dəyişir.
Əvvəlki adında "meymun" sözündən istifadə edilsə də, meymunlardan daha çox sincab, siçovul kimi gəmiricilərdə olan və onlardan insana keçən bir xəstəlikdir.
Xəstəliyin adının meymunçiçəyi yerinə "Mpox" adlandırılmasının səbəbi xəstəlik adlarında heyvan və ya region adının istifadəsinin ayrı-seçkiliyə səbəb ola bilməsidir.
Mpoxa yoluxduğu təsdiqlənmiş heyvanlar və ya insanlarla təmasda olanlar, son təmasdan sonrakı 21 gün ərzində əlamətlər və simptomların bilinməsi baxımından nəzarət altında olmalıdırlar.
Mpox adətən 2-4 həftə ərzində öz-özünə sağalır. Lakin immun sistemi zəif olan insanlarda və azyaşlılarda xəstəlik ağırlaşa bilər. Mərkəzi Afrika alt tipində öldürücülük 11%-ə qədər çata bilir. Konqoda hazırda ölüm nisbəti təxminən 5% təşkil edir. 2022-ci il epidemiyası zamanı ölüm nisbəti çox aşağı olub və 1% təşkil edib.
Mpox xəstəliyi üçün istifadə edilən ümumi dərmanlar yoxdur. İndiyədək müşahidə edilən hallara sidofovir, brinsidofovir, tekovirimat (ST-246) kimi virus əleyhinə dərmanlar və çiçək xəstəliyinə qarşı immunqlobulinin tətbiqi ilə nəzarət edilib. Bununla belə, onların effektivliyi qəti şəkildə sübuta yetirilməyib və tədqiqatlar davam edir. Tekovirimat adlı dərman heyvanlar və insanlar üzərində aparılan araşdırmalardan sonra 2022-ci ildə Avropa Dərman Agentliyi və ABŞ FDA tərəfindən təsdiqlənib, lakin dünyada geniş yayılmayıb.
Virus ilin əvvəlindən bəri Konqo Demokratik Respublikasında həm böyüklərdə, həm də uşaqlarda (Clade Ia və Ib) 14 000-dən çox yoluxma halı aşkarlanıb və 500-dən çox ölümə səbəb olub.
Artmaqda olan yoluxma halları bir-biri ilə əlaqəli iki epidemiya ilə əlaqələndirilir:
- Konqo Demokratik Respublikasının tarixən endemik bölgələrində ilk növbədə uşaqlara təsir edən epidemiya;
- Mpox Clade I-in yeni ştamının sürətlə genişlənən epidemiyası.
Yeni ştam Clade Ib adlanır və bu ştam, əsasən, cinsi yolla yayılır. Coğrafi olaraq Konqo Demokratik Respublikasının şərq əyalətlərində ştama yoluxma halları artmaqdadır və indi də qonşu ölkələrə təsir edir. Uqanda, Keniya, Ruanda və Burundi kimi ölkələr ilk dəfə Mpox-a yoluxma hallarını təsbit ediblər.
ÜST qlobal Mpox multi-ölkə riskinin qiymətləndirilməsini kəskin 3-cü dərəcəli fövqəladə vəziyyət dərəcəsinə yüksəldib və mövcud tövsiyələrin genişləndirilməsi və peyvəndlərin fövqəladə istifadə siyahısı üçün proseslərin başlanması daxil olmaqla, vəziyyəti həll etmək üçün müxtəlif tədbirlər görür.
Avqustun 16-da İsveç Mərkəzi Afrikaya səyahətdən qayıtmış bir şəxsdə Mpox Clade Ib-ni təsdiqləyən Afrikadan kənarda ilk ölkə olub. Hazırda həmin şəxs təcrid edilib və lazımı müalicə alır. Dünya ölkələri arasında gediş-gəlişin intensivliyi nəzərə alınsa, virusun yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsə, Mpox-un yeni ştamlarının Avropa regionunda yayılma potensialına malik olduğu bildirilir.
Hazırda Azərbaycanda Mpox xəstəliyinə yoluxma halı qeydə alınmayıb.
Bununla belə, ÜST bütün ölkələrə, o cümlədən Azərbaycana, hər hansı potensial epidemiyanın erkən aşkar edilməsini və nəzarəti təmin etmək üçün səhiyyədə fövqəladə hallara nəzarət və cavab sistemlərini gücləndirilməsini tövsiyə verməyə davam edir.
Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına görə, digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəliyin diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur.
Mpox-un simptomları
Mpox-un ilk simptomları adətən yoluxmadan bir həftə sonra başlayır, lakin simptomların ortaya çıxması yoluxmadan 1-21 gün ərzində istənilən zaman baş verə bilər. Simptomlar adətən 2-4 həftə davam edir, lakin zəifləmiş immun sistemi olan insanlarda daha uzun çəkməsi mümkündür.
Mpox-un ümumi simptomları bunlardır: səpkilər, hərarət, boğaz ağrısı, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, aşağı enerji, şişkin limfa düyünləri. Mpox səpkiləri qabarcıqlara və ya yaralara bənzəyir və üzdə, ovuclarda, ayaqların altında, qasıqlarda, cinsiyyət orqanlarına və ya anal bölgələrdə müşahidə olunur.
Özünüzü qorumaq üçün nə etməlisiniz?
Avropada Clade II-nin cari yayılması kontekstində ÜST-nin ictimai sağlamlıq məsləhətləri, əsasən, dəyişməz olaraq qalır.
Mpox-un yayılması yoluxmuş şəxslə birbaşa təmas vasitəsilə ola bilər. Hazırkı epidemiyada daha çox cinsi yolla yoluxma halları üstünlük təşkil edir.
İnfeksiyanın qarşısını almaq üçün əsas tədbirlərə aşağıdakılar daxildir:
- əlləri təmiz saxlamaq;
- daha az riskli cinsi davranışları seçmək;
- cinsi tərəfdaşların sayını məhdudlaşdırmaq.
ÜST insanları təklif olunduğu təqdirdə, Mpox əleyhinə peyvənd olunmağa çağırır. Bununla belə, əgər risk qrupuna aid deyilsinizsə və ya 2022-ci ildə başlanan epidemiyadan bəri Mpox peyvəndi olunmusunuzsa, ÜST Mpox peyvəndi olunmağı tövsiyə etmir. Artıq Clade II Mpoxu keçirmiş və ya Mpox peyvəndi olanların Mpox Clade I virusundan ağır xəstəliyə tutulması ehtimalından qorunacağı gözlənilir.
Virus hazırda Konqo Demokratik Respublikası, Burundi, Ruanda, Uqanda, Cənubi Afrika və Keniya da daxil olmaqla bir neçə Afrika ölkəsində yayılıb. Bu ölkələrə getmək istəyənlər səyahət tövsiyələrini nəzərdən keçirməli və Mpox-a yoluxması ehtimal edilən şəxslərlə yaxın təmasdan qaçmaq kimi ehtiyat tədbirləri görməlidirlər.
Simptomlar hiss etdikdə, dərhal özünü təcrid etmək, yaxın təmasda olduğunuz şəxsləri məlumatlandırmaq və həkimə müraciət etmək tövsiyə olunur.
Bu virus, ilk növbədə, tənəffüs yolları ilə ötürülmədiyi üçün onun COVID-19 kimi böyük pandemiyaya səbəb olacağı gözlənilmir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1222   Tarix: 20 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

turlar.az

maskalar geyim seçimi geyim dəbləri doğum hekayələri xina ucun hakistalar gavalinin xeyri cinsi münasibətlər kosmetika novruz tapmacalar seksi orqazm intim