Meymunçiçəyindən sonra dəri bərpa olunur?

Meymunçiçəyindən sonra dəri bərpa olunur?Çiçək və ya meymunçiçəyi xəstəliyindən sonra dərin çapıqları aradan qaldırmaq illər çəkə bilər, lakin hər şey xəstəlikdən sonra dərinin zədələnmə dərəcəsindən asılıdır. 
Publika.az xəbər verir ki, bu barədə kosmetoloq-dermatoloq Natela Qrişina Ura.ru saytına müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, bu xəstəlik insanları çox eybəcərləşdirir. Müasir kosmetologiyanın yüksək texnologiyalı üsullarına baxmayaraq, çiçək xəstəliyindən sonra çapıqlar və digər izlər bir anda silinmir.
"Bunlar müəyyən bir reabilitasiya, uzunmüddətli bərpa dövrü tələb edən prosedurlardır, çünki xəstəlikdən sonra dərinin zədələnməsi çox dərin olur. Bəzən korreksiya illərlə uzanır", - Qrişina izah edib.
Kosmetoloq həmçinin xəbərdarlıq edib ki, ultrabənövşəyi şüalanmanın artdığı dövrdə belə prosedurlar həyata keçirilə bilməz. Odur ki, bu cür xəstəliklərdən ehtiyatlı olmaq və epidemiya baş verən bölgələrə səfər etməkdən çəkinmək vacibdir. Və bu, əsasən, 1980-ci ildən sonra doğulanlara aiddir.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova saytımıza açıqlamasında xəstəliyin çox qaşıntılı olduğunu bildirmişdi. "Səpgilər sonradan yaraya çevrilir və bu yaralar iz qoya bilər. Odur ki, qaşınmaması və qoparılmaması tövsiyə olunur", - həkim xüsusi vurğulamışdı.
Məlumat üçün bildirək ki, meymunçiçəyi adətən ilk simptomlardan bir-beş gün sonra görünür. Səpgilər adətən üzdən başlayır, sonra bədənin digər hissələrinə yayılır. Səpgilər 95% hallarda üzdə, 75% ovuc və dabanda, 70% ağızda, 30% cinsiyyət orqanında, 20% gözdə olur.

Sağlamlıq     Baxılıb: 1989   Tarix: 27 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

turlar.az

kosmetoloq yemek reseptleri geyim və ayaqqabılar uşaqlar və tərbiyə analiq məktəbi qripdən qorunmaq göyəm mürəbbəsinin resepti kosmetika muellim seiri novruza aid hakistalar rus dilini öyrənək hekaye janri hakışta