Meymunçiçəyini kimlər daha AĞIR KEÇİRİR?

Meymunçiçəyini kimlər daha AĞIR KEÇİRİR?Hazırda meymunçiçəyinə yoluxma hallarının artması bütün dünyanı təşvişə salıb. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada meymunçiçəyi epidemiyasını qlobal fövqəladə vəziyyət elan edib.
Xəbər verdiyimiz kimi, bir çox ölkədə, o cümlədən qonşu Türkiyədə artıq bu xəstəliyə yoluxma halları qeydə alınıb. Bu da ölkəmizdə əhali arasında da narahatlıq yaradıb.
Bəs dünyada sürətlə yayılan bu xəstəliyin əlamətləri nələrdir?
Milli.Az bildirir ki, İnfeksionist Vasif Əliyev Bizim.Media-ya açıqlamasında xəstəlik və onun əlamətlərindən danışıb.
"Meymunçiçəyi xəstəliyinin əlamətləri bədəndə yaranan vezukulyar yaralardır. Bu yaralar suçiçəyinə bənzəsə də, daha böyükdür və fərqli yerləşimə sahibdir. Eyni zamanda, temperatur, halsızlıq, əzələ ağrıları kimi əlamətləri də olur. Xəstəlik həmçinin, virusla təmasda olmuş əşyaların, paltarların, xəstə insanın sağlam insana təması vasitəsilə yoluxur. Əlamətlər yoluxduqdan 1-2 həftə ərzində özünü göstərir, amma, virusla təmasda olan insanı 3 həftə izləmək lazımdır".
Xəstəliyi hansı yaş qrupları daha ağır keçirir?
"80-ci illərdən bu xəstəliyə qarşı peyvəndlər olunmasa da, ancaq yaşlı insanlar daha əvvəllər çiçək virusuna qarşı peyvənd olunub və belə olduğu halda həmin insanlar bu xəstəliyə qarşı 85% daha müqavimətlidir. Ancaq yeni nəsil buna qarşı peyvənd olunmadığı üçün bu xəstəliyi daha ağır keçirə bilər".
İnfeksionist əlavə edib ki, bu virusa qarşı dünyada bir çox peyvənd və spesifik dərmanlar var, amma, yenə də ən yaxşı yol təmasdan qaçmaqdır.
"Düzdür, ölkəmizdə bu xəstəliyə yoluxmayla bağlı bir məlumat hələki yoxdur, olarsa, ictimaiyyətə məlumat veriləcək".
Bu xəstəlik ölümlə nəticələnə bilər?
"Xəstəlik ağır formada keçirilərsə, ölümlə də nəticələnə bilər. Bu da diaqnozun nə qədər tez qoyulması və həkimin nəzarət altına almasıyla bağlıdır. Əlbəttə, xəstəliyin gec nəzarətə alınması ölümlə nəticələnə bilər", - deyə Vasif Əliyev qeyd edib.
Həkim temperaturu və xüsusilə, bədəndə səpgiləri olan insanla təmasda olmamaq və belə əlamətlər olan insanların da mütləq həkimə müraciət etməsini tövsiyə edir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1301   Tarix: 17 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

gozel gorunmek qadin dunyasi makiyaj instagram hakista xina gəncə xəbərləri ziyafət geyimləri 2026 kampotlarin hazirlanmasi kosmetika qaynana vətən həsrəti orqazm toyuq salati hakışta