Meyvə suyu, çay və qəhvəyə cinsi gücü artıran dərmanlar qatıblar - Nazirlik açıqladı

Meyvə suyu, çay və qəhvəyə cinsi gücü artıran dərmanlar qatıblar - Nazirlik açıqladıMeyvə suyu, şokolad, konfet də daxil olmaqla 17 fərqli məhsulda cinsi gücü artıran maddələr aşkarlanıb.
Milli.Az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı nazirliyinin yaydığı məlumata əsasən ölkədə satılan şokoladdan meyvə suyuna, baldan konfetə qədər 17 fərqli məhsulda iqtidarsızlıq və cinsi funksiya pozğunluqlarının müalicəsində istifadə olunan Sildenafil və Tadalafil adlı təsir maddələrinin istifadə edildiyi məlum olub.
Oktyabr ayının 2-də yayılan rəsmi məlumatda qeyd olunur ki, siyahıda yer alan 17 fərqli məhsulda cinsi gücü artıran dərmanların tərkibində olan maddələrinin istifadəsi aşkarlanıb. Bu satışına qadağa qoyulmuş sildenafil və tadalafildir. Cinsi funksiya pozğunluqlarının müalicəsində yalnız həkim nəzarətində və reseptlə əldə oluna bilən bu dərmanlar, istifadədən əvvəl də dərman resepti ilə təmin olunmalıdır.
Ölüm riski var
Baş ağrısı, başgicəllənmə, yuxu pozuntusu, nəfəs darlığının artması, görmədə bulanıqlıq, mədə yanması, üzün həddindən artıq qızarması, burun axıntısı, burun qanaması və işığa qarşı həssaslıq kimi yan təsirlərə səbəb olan sildenafil, yüksək dozada qəbul edildikdə insult və hətta ölümə belə səbəb ola bilər.
Hansı məhsullarda istifadə olunub?
Təhlükəli sayılan sildenafil və tadalafil dərman təsir maddəsinin siyahıdakı bitki qarışıqlı şokolad, ginsengli konfet, bitki suyu qatqılı enerji içkiləri, 150 və 250 ml-lik bəzi enerji içkiləri, epimediumlu ginsengli fındıqlı pestilində olduğu bildirilir.
Məcunlara da əlavə edirlər
Türkiyədəki müəssisələrin birində 15 qramlıq balda belə çıxdığı bildirilərkən, efervesan tablet, padşah macunu, mesir macunu, bitki qarışıqlı macun, ballı bitki macunu və epimediumlu bitki macunu kimi məhsullarda da bu təsir maddəsinin tapıldığı qeyd olunub. Aromalı, qəhvə aromalı, vişnə aromalı qazlı-qazsız içkilərin, ginsengli qarışıq vitaminli meyvə aromalı, bitki qarışıqlı qazlı-qazsız içkilərin, həmçinin qara çay, qarışıq bitki çayı, qəhvə, bitki qarışıqlı qəhvə və qarışıq bitki tozlarında da bu dərman təsir maddəsinin aşkar olunduğu bildirilib. Bu məhsulların əksəriyyətinin İstanbul, İzmir, Antalya, Mersin, Bursa, Ankara və Kocaeli kimi böyük şəhərlərdəki müəssisələrdə istehsal olunduğu bildirilib.
Mütəxəssislər xəbərdarlıq edir
Mütəxəssislər istehlakçıları bu məhsulları qəbul etdikdə baş ağrısı kimi simptomlar yaşadıqları təqdirdə, bu məhsulların qadağan olunmuş dərman təsir maddələrini ehtiva edə biləcəyi barədə xəbərdar edərək bu cür məhsullardan uzaq durmağı tövsiyə edirlər.
Qeyd edək ki, yuxarıda adları çəkilən məhsullar Bakıda da satılır.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1540   Tarix: 14 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

sac duzumleri makiyaj etmek qaydalari aksessuarlar qatiqli sirniyyat paltarlar 2026 şirniyyat və tortlar maskalar kosmetika tapmacalar nagillar baldiza aid hakisda vetene aid atalar sozu cinsi əlaqə