Meyvələrdən keçən xərçəng! - Bunu etsəniz
Tarlalarda meyvə və tərəvəzləri qorumaq üçün pestisidlər adlanan dərmanlardan istifadə olunur. Bu dərmanların istifadəsinə heç bir qanuni qadağa olmasa da, onların həddindən artıq istifadəsi sağlamlığa ciddi ziyan vurur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, meyvə və tərəvəzlərdə istifadə edilən pestisidlərin yaratdığı böyük təhlükə çox vaxt gözardı edilir. Mütəxəssislər isə bildirirlər ki, onları yaxşıca yumadan istehlak etmək olmaz.
Çünki xərçəng pestisidlərin yaratdığı əsas təhlükələrdən biridir.
"Parkinson, müxtəlif xərçəng xəstəlikləri (xüsusilə süd vəzi, prostat və kolon xərçəngi), qidalanma ilə birbaşa əlaqəli olan xərçəng növləri yarana bilər. Toksik təsirlərinə görə, bu maddələr unutqanlığa, erkən yaşlanmaya, qida zəhərlənməsinə və ana bətnində körpəyə keçən genetik xəstəliklərə gətirib çıxara bilir", - deyə ekspertlər xəbərdarlıq edirlər.
Bəs meyvə və tərəvəzləri xərçəngə səbəb olan maddələrdən necə təmizləmək olar?
Ən yaxşı təmizləyici vasitə sodadır. Sirkə əvəzinə sodadan istifadə etmək məsləhət görülür. Qidaları sodalı suda saxlamaq pestisidləri məhv edir. Mütəxəssislər meyvə-tərəvəzləri sodalı suda 15-30 dəqiqə saxlamağı tövsiyə edirlər.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi