Miokard infarkt nədir və necə qorunmalı?

Miokard infarkt nədir və necə qorunmalı?Son vaxtlar miokard infarktdan ölüm halları artıb.
İki gün əvvəl səhər saatlarında tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli də infarktdan dünyasını dəyişib.
Bəs miokard infarktın simptomları nədir? Ondan necə qorunmalıyıq?
Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, miokard infarkt əsas ürək arteriyası ilə qan dövranının dayanması nəticəsində ürək əzələlərinin bir hissəsinin ölümü ilə şərtlənən ciddi, həyati təhlükəli xəstəlikdir. İnfarktın birbaşa səbəbi ürək damarlarında qan laxtalarının (tromb) yaranmasına səbəb olan aterosklerotik lövhələrin meydana gəlməsidir. Simptomlar və zəruri yardım haqqında məlumatlı olmaq miokard infarktı zamanı insan həyatını xilas edə bilər.
Rusiyanın V.Almazov adına Milli Tibbi Araşdırmalar Mərkəzinin kəskin koronar sindrom elmi-tədqiqat laboratoriyasının rəhbəri, tibb elmləri doktoru Aleksey Yakovlevin fikrincə, miokard infarktın tipik təzahürü stenokardiya tutmalarıdır - qısamüddətli diskomfort epizodları, sinədə, bəzən isə boğaz nayihəsi və ya qarının yuxarı hissəsində ağrı və ya yandırıcı ağrı (göynəmə).
Bü təzahürlər adətən, yüksək fiziki gərginlik, psixo-emosional stressin yüksəlməsi zamanı ürək əzələsinin oksigenə daha çox ehtiyacı olduqda ortaya çıxır. Fiziki gərginlikdən sonra ağrının tez keçməsi daha çox xarakterikdir.
Stenokardiya ağrılarının başlaması tez-tez miokard infarktın inkişafına səbəb olur. Bu vəziyyət təcili tibbi yardıma müraciət etməyi tələb edir. Belə ki, vaxtında aparılan müalicə bu ağır xəstəliyin inkişafının qarşısını alır.
Əsas simptomları hansılardır?
Miokard infarktın simptomları intensiv, uzunmüddətli stenokardiya ağrılarına bənzəyir. Bu özünü müxtəlif intensivlikli sinə ağrılarının inkişafında göstərir. Bu ağrılar sol çiyin, qol, boyuna yayılır, bəzən isə yalnız döş qəfəsi və boğaz nayihəsində yandırıcı ağrı(göynəmə), ağırlıq, narahatlıq hissi ilə özünü biruzə verir. Ağrı zəiflik hissi, hava çatışmazlığı, soyuq tər, bəzən isə huşunu itirmə ilə müşayiət olunur.
Bu cür simptomlar meydana çıxılmaz pasiyentin özünün poliklinika və ya xəstəxanaya getməsi yolverilməzdir. Çünki xəstəliyin ilk saatlarında ağırlaşma riski olduqca yüksəkdir və təcili şəkildə həkim müdaxiləsi tələb edir. Bu zaman əlinin altında lazımi avadanlıq və dərmanlar olan mütəxəssis xəstənin köməyinə nə qədər tez gələrsə, xəstəliyin mənfi nəticələri bir o qədər az olar.
Təcili yardımın gəlməmişdən əvvəl xəstəyə necə kömək etmək olar?
Miokard infarkt şübhəsi halında ilk yardım kimi 300-500 mq dozada aspirin qəbul edilməlidir. Tez effekt əldə olunması üçün həb çeynənməlidir. Bu, ürək arteriyalarında qan laxtalanmasının meydana gəlməsinə mane olur. Ağrını aradan qaldırmaq üçün nitroqlitserin, nitrosorbit və ya nitrosprey həblərini dilin altına qoymaq lazımdır. Xatırladaq ki, nitropreparartlar qan təzyiqinin kəskin düşməsi və huşunu itirməyə səbəb ola bilər. Ona görə də arterial təzyiq 90/60 mm-dən aşağı olduqda onları qəbul etmək olmaz.
Miokard infarktı necə müalicə etmək olar?
Xəstəliyin erkən mərhələlərində təsirlənmiş arteriyada qan axınını bərpa etmək lazımdır. Bu vəziyyətdə ən təsirli müdaxilə rentgenendovaskulyar stent ilə angioplastika müdaxiləsidir.
Miokard infarktın dərman müalicəsi xəstəliyin patogenezinin müxtəlif əlaqələrinə təsir edən və ciddi fəsadların qarşısını alan müxtəlif qrup dərmanlarından müntəzəm və uzun müddət istifadəni nəzərdə tutur. Müasir tibbin nailiyyətləri, vaxtında müraciət etdikdə və tövsiyələri olduğu kimi yerinə yetirdikdə infarktın müalicəsində yaxşı nəticələr əldə etməyə imkan verir. Pasiyentlərə sağlam həyat tərzi sürmək, bitki qidalarına üstünlük verməklə dieta, heyvan mənşəli yağları məhdudlaşdırmaq, müntəzəm fiziki aktivlik və siqaret çətməkdən imtina tövsiyə olunur.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1641   Tarix: 04 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

adlarin menasi kosmetika mehsullari geymler 2026 menstruasiya konservləşdirilmiş məhsullar qonaq otaqlarinin dizayni ana və uşağın ev məktəbi kosmetika xanım az veten haqqinda bayati kurtlar vadisi zəhmət damla