Miokard infarktı əlamətləri ilə digər xəstəliklər

Miokard infarktı əlamətləri ilə digər xəstəliklərMiokard infarktı xəstəliyinin dəqiq diaqnozunu EKQ və exokardioqrammanın nəticələri təsdiq edir. Amma bəzi xəstəliklər vardır ki, onların əlamətləri infarktın əlamətlərinə çox bənzəyir. Hətta kardioqrammanın nəticələrinə baxana qədər bu xəstəliyi infarktla qarışdırmaq olar. Həmin xəstəliklər aşağıdakılardır:
İdiopatik hipertrofik kardiomiopatiya.
Bu xəstəliyin bütün əlamətləri miokard infarktının əlamətlərinə bənzəyir. Xəstəlikləri bir-birindən ayırmaq üçün EKQ-nin nəticəsi və xəstənin cavan olmasıdır.
Sol tərəfli döş radikuliti və kəskin miozit.
Bu xəstəliklər qəflətən meydana çıxan ağrı, bədənin soyuması ilə infarkta çox bənzəyirlər. Sadəcə olaraq onları infarkdan ayıran ağrının hərəkətlə bağlı olması, tənəffüs zamanı,öskürdükdə və asqırdıqda ağrının şiddətinin daha da artmasıdır. Qabırğa arası sinir boyunca ağrının olması da xəstəliyin ürəklə bağlı olmadığından xəbər verir.
Kəmərləyici dəmrov.
Bu xəstəlik də sol tərəfli baş verdikdə ağrının eyni yerdə lokalizasiyalaşmasına görə infarktla tez-tez səhv salınır. Yalnız EKQ-nin müayinəsi diaqnozu dəqiqləşdirir.
Sol tərəfli quru plevrit və ya sol tərəfli pnevmoniya.
Hər iki xəstəliyin əlamətləri miokard infarktınınkına bənzəyir. Əgər kəskin meydana çıxan ağrı çox güclüdürsə və xəstədə respirator infeksiya simptomları nəzərə çarpmırsa, bədən tempraturunun tez və çox yüksək artması, ağrının öskürəklə bağlı olması, tənəffüsdə xarakterik dəyişikliklər xəstəliyin infarkt olmadığının göstəricisidir. Reüntgenoloji müayinə və laborator analizlərin nəticələri də xəstəliyin ağciyərlə bağlı olduğunu təsdiqləyər.
Spontan pnevmatoraks.
Xəstəlik kəskin ağrı, taxikardiya, arterial təzyiqin enməsi, təngnəfəsliklə miokard infarktının əlamətlərinə bənzəyir. Anamnezə qulaq asdıqda infarkt əlamətlərinə çox oxşadığına görə diaqnozu dəqiqləşdirmək üçün mütləq EKQ-nin nəticəsinə baxmaq lazım gəlir.
Qida borusunun diafraqmal yırtığı.
Xəstəlik döş sümüyünün arxasında və döş qəfəsinin sol hissəsində baş verən güclü ağrılarla, taxikardiya əlamətləri ilə infarkta çox bənzəyir. Diafraqmal yırtıq zamanı arterial təzyiqin də oynamaşı çaşdırıcı əlamət olur. Diaqnozu təsdiqləmək üçün EKQ-nin nəticələri əsas götürülür.
Kəskin qida toksikoinfeksiyası.
Bu zaman meydana çıxan əlamətlər miokard infarktının qatralicus variantının əlamətlərinə çox bənzəyir.  Xüsusilə də yaşlı adamlarda miokard infarktının bu formasına rastlananda, xəstələrdə təzyiqin enməsi, sol qabırğaaltı ürək nahiyədə lokallaşan ağrı çaşdırıcı simptomlar sayıla bilir. Bunun üçün yaşlı şəxslərdə qida toksikoinfeksiyası əlamətlərinə rast gəldikdə ilk növbədə EKQ çəkdirmək lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1877   Tarix: 04 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

kosmetika mehsullari maskalar geyim seçimi baliq qulagi dan el isleri toy paltarlari 2026 sac horukleri qışa hazırlıq kosmetika burclər narin faydasi qiz adlari birlik bayatilar