Misirin qadın hökmdarı Kleopatranın ölümünə səbəb nə olub?

Misirin qadın hökmdarı Kleopatranın ölümünə səbəb nə olub?Britaniyalı alimlər qədim Misirin qadın hökmdarı Kleopatranı ilan vurması barədə əfsanənin həqiqətə uyğun olmadığını bildiriblər.

Qədim tarixi mənbələrə əsasən, Miladdan əvvəl 30-cu ildə 39 yaşında vəfat etmiş Misirin qadın fironu Kleopatranın necə ölməsinə dair müxtəlif əfsanə və rəvayətlər mövcuddur.

Ən geniş yayılmış versiyaya əsasən, Kleopatra və onun 2 kənizini əncir səbətində gizlədilmiş kobra ilanı vurub.

Lakin Manchester Universitetinin əməkdaşları bu qəbildən olan rəvayətlərdə təsvir olunmuş qədim hökmdar qadının ölməsi tərzinin "mümkünsüz olduğunu" qeyd edirlər.

Kleopatra haqqında rəvayətlərin həqiqiliyini yoxlamış ekspertlər bildiriblər ki, kraliçanı və onun iki kənizini vurub öldürməyə qadir olan ilan səbətə yerləşə bilməzdi.

Manchester Universitetinin Qədim Misir tarixi üzrə ixtisaslaşmış əməkdaşı Joyce Tyldesley və Manchester muzeyinin serpentoloqu Andrew Gray hesab edirlər ki, rəvayətlərdə adı çəkilən kobra ilanı insanı vurub öldürməyə qadir olubsa, o zaman, səbətə yerləşə bilməzdi.

Alimlərin dediyinə görə, adamı vura bilən kobra ilanın ölçüsü orta hesabla 2.5 metr olur.

"Bu böyüklükdə ilanı səbətə yerləşdirmək mümkünsüzdür", ekspertlər qeyd edir.

Onlar hesab edir ki, Kleopatranı ilan hətta vursaydı da belə, ardıcıl olaraq daha 2 kənizi qısa bir zaman ərzində vurub öldürməsi də qeyri-mümkündür.

Kleopatranın adı tarixə düşməklə yanaşı onun həyatı qədim əfsanə və rəvayətlərin yaranmasına səbəb olub.

Həmin əfsanələr əsasında Hollywood da daxil olmaqla bir çox məşhur studiyalarda Kleopatra haqqında kino və televiziya filmləri çəkilib, tamaşalar səhnələşdirilib./bbc.com/

Xəbərlər     Baxılıb: 3732   Tarix: 23 oktyabr 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Arıqlama iynələri möcüzədirmi?

Arıqlama iynələri son dövrün ən çox danışılan sağlamlıq trendlərindən biridir. Bəs bu dərmanlar həqiqətən möcüzədirmi və qalıcı çəki itkisi üçün təkbaşına kifayətdirmi? Yoxsa düzgün planlaşdırma və nəzarət olmadan istifad

.

Bunu için, xərçəngdən QORUNUN

Şalğam uzunömürlülüyə kömək edir. xəbər verir ki, diyetoloq və endokrinoloq Marina Lazurenko şalğamın sağlamlıq üçün inanılmaz dərəcədə faydalı, ucuz bir qida olduğunu izah edib. O qeyd edib ki, xüsusilə, kök bitkisi dama

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

Bu vərdişlər infarkt riskini ARTIRIR

Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Sağlam deyib mətbəxin baş küncünə qoymuşduq - O cihaz qadağan edilir

"Sağlam qidalanırıq" deyərək hamımızın mətbəxinin ən görünən yerinə qoyduğumuz həmin cihaz indi "qeyri-sağlam" olaraq damğalanır. Avropa Birliyi milyonlarla evdə hər gün istifadə edilən və təriflə bitir

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj instagram adlarin menasi yay geyimləri 2026 ideal toy həkim məsləhəti öd daşı dolma reseptleri kosmetika bayatilar novruza aid hakistalar sirniyatlar salam vicdan