Mixəyin inanılmaz 10 faydası

Mixəyin inanılmaz 10 faydasıMixək ədviyyat və dərman vasitəsi kimi geniş istifadə olunur. Özünəməxsus qoxusu olan bitki olduqca faydalıdır. Mixəyin qönçələri qurdqovucu xüsusiyyətə malikdir. Çayda mixəyin istifadə olunması isə həzm sistemini yaxşıladırır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, mixək xərçəngə qarşı mübarizə aparır, qaraciyəri qoruyur, immun sistemini gücləndirir. Şəkər xəstəliyini balansda saxlayır, sümükdə qoruma xüsusiyyəti daşıyır.
Mixəyin faydaları
1- Daha yaxşı həzm
Mixək, həzm fermentlərini stimullaşdırır və həzmini artırır, şişkinliyi, mədə problemlərini və mədə bulantısını azaldır. Həzm sistemini yaxşılaşdırmaq üçün, mixək qönçələri əvvəlcə qovrulur, daha sonra toz halına gətirilir. Dadı narahat etsə bal qarışdırıb elə qəbul edə bilərsiniz.
2- Antibakterial xüsusiyyətlər
Mixək insan orqanizmində bakteriyaları məhv edir. Mixək güclü antiseptik təsirə malikdir. Qədim Çin təbabətində mixək yağı ilə dəri xəstəliklərini müalicə ediblər. Mixək orqanizmə antiseptik, ağrıkəsici, tonuslandırıcı, sakitləşdirici, virus əleyhinə, spazmolitik , göbələk əleyhinə təsirlidir.
3- Xərçəngə qarşı mübarizə
Uzun illər aparılan araşdırmalardan məlum olub ki, mixək xüsusi ilə ağ ciyər xərçənginin ilkin mərhələsində ən yaxşı müalicə üsuludur.
4- Qaraciyəri qoruyur
Mixək xüsusilə qaraciyərin zərərli təsirlərə qarşı təsirlidir.
5- Diabetə nəzarət edir
Diyabet xəstəsində orqanizmdə istehsal olunan insulinin miqdarı ya qeyri-kafi və ya ümumiyyətlə istehsal olunmur. Tədqiqatlar göstərir ki, mixəyin ekstraktı qlükoza səviyyələrini nəzarətdə saxlayır.
6- Sümüyü qoruyur
Mixəkdə olan maddələr sümük yorğunluğunu aradan qaldırır. Sümükdəki mineralları balansda saxlayır.
7- İmmun sistemini artırır
Mixək immun sistemini qorunmasında  olduqca təsirlidir. Çayı ağ qan hüceyrələrinin sayını artırır. Ruh düşkünlüyü zamanı istifadə etməkdə fayda var.
8- Ağrıları azaldır.
Mixək ağrıkəsici xüsusiyyətinə malikdir. Əhval-ruhiyyəni yaxşılaşdırır. Aybaşı problemlərinin normallaşmasına səbəb olur. Bağırsaq qurdlarının tökür. Qulaq ağrısı zamanı mixək dəmlənmiş suyu qulağa tökdükdə ağrını kəsir. Bu zaman 5 ədəd mixəyin üzərinə küncüt yağı əlavə edib qaynatmaq və gündə 3 dəfə qulağa damızdırmaq kifayət edir.
9- Ağız xəstəlikləri müalicəsi
Mixək qönçəsi bir neçə ağız xəstəliklərinə qarşı qoruyucu rolu oynayır. Diş ağrısı və damaq boşluğuna müsbət təsir edir. Ağız qoxusunu aradan qaldırır. Mixək çayı soyuqlama xəstəlikləri zamanı əmələ gələn bəlğəmin xaric olmasını sürtələndirir.
10- Baş ağrısı üçün müalicə
Baş qağrısından xilas olmaq üçün mixək dəmləməsi yaxşı təsir edir. Bir stəkan südün içərisinə iki dənə mixək qönçəsi əlavə edin. Bir çimdik duz əlavə edib qarışdırın. Bu formada istifadə olunan qarışıq baş ağrısının qarşısını alan ən yaxşı vasitələrdən biridir. Süd mixək qarışığı həmçinin cinsi həvəsi artırır.
Artıq piylərdən xilas olmaq üçün mütəmadi olaraq mixək çayı içmək lazımdır. Onun faydaları ilə yanaşı zərərləri də var. Həddindən çox istifadə edildikdə alergik təsirlər də yarada bilir. Bunun üçün də mixəkdən davamlı istifadə etməzdən əvvəl alergik xüsusiyyətinizin olub-olmadığınızı yoxlamaqda fayda var.
Milli.Az

Xəbərlər     Baxılıb: 1686   Tarix: 06 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

geyim necə seçməli kosmetik vasiteler həkim məsləhəti kartof maskasi uz ucun dermanlar kosmetika murebbelerin hazirlanmasi kosmetika həmidə xanım az itburnu novruz hakıştası zehmet ve zinet