Monika Belluçi

Monika BelluçiMonika Belluççi 30 sentyabr 1964-cü il İtaliyanın Çitta-De-Kastello şəhərində anadan olub. Atası Luici Belluççi adi kəndçi, anası Mariya Qustanelli isə rəssam idi. Uşaqlıqdan bir arzusu var idi- vəkil olmaq. Bu arzunun reallaşması üçün isə o, "Perudci Universiteti"nə qəbul olmalı idi. Bunun üçün isə pul lazım idi. Monika arzusunu nəyin bahasına olursa olsun reallaşdırmaq məqsədi ilə 16 yaşında "Liceo Classico" model agentliyi ilə müqavilə bağladı.

Qlamur həyat tərzi Monikanın ürəyincə oldu və o, uşaqlıq arzusundan əl çəkdi. İndi o, ən məhşur model olmaq istəyirdi. Bu heç də asan deyildi. Monika isə uşaqlıqdan mübarizə əzmi və səbri ilə həmişə seçilirdi. Qoyduğu məqsədə çatmaq üçün o hər şeyə qadir idi. Çox keçmədən ingilis, fransız dillərini öyrəndi. İspan danışıq dilini də həmçinin. Bu, professionallaşmağa doğru inamlı addımlar idi. 1988-ci ildə Milana gələn Monika, burda "Elite Model Management" model agentliyi ilə müqavilə bağlayır. Artıq bir il sonra- 1989-cu ildə o, Nyu York və Parisin modeli kimi tanınır və "Dolce Gabbana", "Elle" kimi brend markalar üçün podiuma çıxırdı.

1990-cı ildə Monika uğurlu model biznesi ilə kifayətlənmək istəməyərək, özünü aktrisa kimi sınamağa qərar verdi. O, öz vətənində debüt etdi böyük filmə. Aktrisanın ilk filmləri "Oğullarla keçən həyat" (Vita coi figli) və "Canilər" (Briganti) olur. Bu filmlərdəki epizodik rollarda o heç nə ilə yadda qalmadı. 1992-ci ildə isə Frensis Ford Koppala aktrisaya ilk ciddi film təklifi etdi və bu aktrisanın böyük kinoda ilk ciddi imtahanı oldu.

"Drakula" (Dracula) filmindən sonra aktrisaya Avropa və ABŞ-dan gələn təkliflərin ardı arası kəsilmirdi. Amma təcrübəsizlik yenə öz sözünü deyirdi. Aktrisanın 1992-95-ci illər arası çəkildiyi filmləri uğurlu adlandırmaq olmaz. 1996-cı ildə aktrisa "Mənzil" (L’Appartement) filmi ilə yenidən diqqətləri özünə cəmlədi. Filmdəki roluna görə Sezar mükafatı qazandı. Bu film Monikanın şəxsi həyatında da dəyişiklik etdi. Filmdə aktrisa Vinsent Kassel ilə tanış olur. Bu filmdən dərhal sonra aktrisa "Doberman" (Dobermann) filmində rol aldı.

1997-ci ildə üç, 1998-ci ildə dörd filmə çəkilən aktrisaya film təklifləri bitib tükənmirdi. Amma yenə də qeyri-ciddi rollar və obrazlar onun potensialını tam üzə çıxarmağa imkan vermirdi. Eyni zamanda modellik biznesində də uğurlar qazanan Monika 1-ci dərəcəli aktrisa statusu qazanır. Bu o demək idi ki, onu öz filmində görmək istəyən prodüsserlər yaxşı qonorar təklif etməli idilər.

2000-ci ildə isə Monika "Malena" (Malena) filminə çəkilir. Bu film aktrisaya böyük uğur qazandırır. Filmdə yaratdığı obrazı ilə milyonlarla tamaşaçının, kino tənqidçilərinin qəlbini fəth edir. 2001-ci ildə aktrisa həyat yoldaşı olan Vinsent Kassellə bərabər "Canavar qardaşlığı" (Le pacte des loups) filminə çəkilir.

Aktrisanın növbəti rolu 2002-ci ilin ən böyük büdcəli filmi olan "Asteriks və Obeliks Kleopatraya qarşı" (Asterix & Obelix: Mission Cleopatre) filmində olur. Eyni ildə Monika yenidən Vinsent ilə kamera qarşısına keçir. Bu dəfə Qasper Noenin "Dönməzlik" (Irreversible) filmində. Film bu günə qədər kino tarixinin ən cəsarətli filmlərindən sayılır. Aktrisa bu filmi haqda belə deyib: "Mən özüm bu filmə baxa bilmirəm"

Aktrisanın növbəti filmləri "Məni unutma" (Ricordati di me), "Günəşin göz yaşları" (Tears of the sun), Vaçovski qardaşlarının "Matriks" (Matrix) filmləri trilogiyasının 2-ci və 3-cü hissələri olur. 2004-cü ildə Mel Gibsonun ağır "İsanın son ehtirası" (The passion of the Christ) filmində Mariya Maqdalena obrazını canlandırır. Həmin il cütlüyün bir ilk qız övladı dünyaya gəlir. Uşağı Deva adlandırırlar. Eyni ildə "Gizli agentlər" (Agents secrets), "O mənə nifrət edir" (She hates me), "Qrim qardaşları" (The brothers Grimm) filmlərində rol alır.

2006-cı ildə isə "Şaytan" (Sheitan), "Daş qardaşlığı" (le concile de piere), "N- Mən və Napoleon" (N, le o Napoleone), 2007-ci ildə isə "Onları güllələ"(Shoot’em up), "İkinci nəfəs"( Le deuxième souffle), sonrakı illərdə "Vəhşi qan" (Sanguepazzo), "Bavariya" (Baaria), "Pi Linin şəxsi həyatı" (The private lives of Pippa Lee), "Arxaya baxma" (Ne te reotourne pas), "Sehrbazın şagirdi" (The sorcerer’s apprentice) filmlərinə çəkilir. Hələlik sonuncu filmi 2011-ci ildə Venesiyada təqdimatı olan "Ehtirasın ötən yayı" (Un ete brulant) filmidir.2010-cu ildə Monika və Vinsentin daha bir qızları dünyaya gəlir. Ona Leoni adı verilir.

2004-cü ildə "Ask men’s" jurnalının rəyinə əsasən dünyanın 100 ən gözəl qadını siyahısına başçılıq edir. Monikanın modellik biznesinə Nyu Yorkun "Elle+" şirkəti nəzarət edir. 2011-ci ilin oktyabrında isə "Oriflame" firmasının "Şəhzadə ətir" kompaniyasının simasıdır.

Monika Belluçi

Xəbərlər     Baxılıb: 3689   Tarix: 07 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

turlar.az

həkim məsləhəti geyim və ayaqqabılar makiyaj instagram kişi sağlamlığı estetik gözəllik sineye qulluq suni mayalanma kosmetika seksual qaynana hakista baliq hakışta şebnem tovuzlu