MTRŞ-nin şöbə müdiri: "Bu ilin ən mühüm qərarı..."

MTRŞ-nin şöbə müdiri: "Bu ilin ən mühüm qərarı...""Bu ilin ən mühüm qərarı ANS TV və ANS ÇM-in lisenziyasına xitam verilməsi oldu".

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.
Onun sözlərinə görə, cari il ötən illərlə müqayisədə teleradio yayımçıları tərəfindən, demək olar, qanunçuluğa daha çox riayət edilməsi ilə diqqəti cəlb edib: "Əgər əvvəlki illərdə verilişlər, aparıcılarla bağlı daha çox pozuntu halları, şikayətlər olurdusa, ancaq bu il xeyli azalıb. Bu da MTRŞ-nin əvvəlki dövrlərdə atdığı addımların, verdiyi qərarların öz təsirini göstərdiyinə əyani sübutdur. Əlbəttə, bu il də Şura yayımçılara qarşı müvafiq cəzalar tətbiq etmək məcburiyyətində qaldı. Bu da yayımçıların qanunvericiliyin tələblərinə riayət etməməsi səviyyəsinə adekvat olub. Xüsusilə ANS TV və ANS ÇM-in lisenziyasına xitam verilməsini 2016-cı ilin ən mühüm qərarı olduğunu deyə bilərik. Şuranın apardığı monitorinqlər yayımçıların qanunvericiliyin xüsusilə ağır maddələri üzrə pozuntulara yol verdiklərini və bunu davamlı şəkildə təkrarladıqları müşahidə olunmuşdu. Nəticədə onların fəaliyyəti dayandırıldı".

Şöbə müdiri bildirib ki, bu gün ölkədə teleradio sisteminin inkişafı hansısa fərdlərdən, yayımçılardan asılı deyil: "Artıq teleradio yayımı sahəsi özlüyündə bir sistem, bir prosesə çevrilib. Bu sistem və proses zamanı çatdığında öz sıralarını saf-çürük edə, təmizləyə, daha keyfiyyətliləri ilə yola davam edə bilər. Bir və ya iki yayımçının olmaması sistemin ahəngini poza bilməz. Bu gün Azərbaycanın teleradio məkanında öz yeri, dəst-xətti olan onlarla yayımçı var. Yayımçıların proqram səbətləri də rəngarəngdir. Məlumdur ki, ölkədə həm tematik, həm də adi yayımçılar var. Artıq tamaşaçı seçim imkanlarına malikdir. Yayımçıların proqram səbətinin rəngarəngliyi xüsusilə önəmlidir. Təbii ki, müşahidələrimiz büdcədən maliyyələşən yayımçıların maarifləndirici və ciddi proqram səbətinə malik olduqlarını göstərir. Özəl yayımçılar isə ciddi verilişlərlə yanaşı, musiqiyə, əyləncəyə xüsusi önəm verirlər. Əlbəttə, bu da normal haldır. Düzdür, əyləncəli layihələrlə bağlı müəyyən problemlər diqqəti cəlb edir. Belə ki, bir sıra yayımçılar əyləncəli verilişləri lazımı səviyyədə təqdim edə bilmirlər. Bu da tamaşaçı zövqünün korlanmasına gətirib çıxarır və haqlı narazılığa, Azərbaycan tamaşaçısının xarici telekanallara yönəlməsinə gətirib çıxarır. Bu, Şuranı ən çox narahat edən məsələlərdəndir".

T.Dadaşov vurğulayıb ki, son vaxtlar kütləvi şəkildə yayımlanan yumoristik teleseriallar da diqqəti cəlb edir: "Məlumdur ki, həmin teleserialların geniş tamaşaçı auditoriyası var. Deməli, onlara ehtiyac var. Bu gün həmin teleseriallardan ciddi şikayətlər yoxdur. Eyni zamanda, həmin teleserialları yayımlayan telekanallar proqram səbətlərində daha sanballı verilişlər verməklə balansı saxlaya bilirlər. İnanırıq ki, 2017-ci il yayımçılar üçün daha uğurlu il olacaq".

Xəbərlər     Baxılıb: 1298   Tarix: 28 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Çiyələyin dibinə YOD TÖKÜN – Bol məhsul üçün qeyri-adi yol

Yod bitkilər üçün əla dərmanı növüdür. Ondan düzgün istifadə etsəniz, bir çox bitkilərin məhsuldarlığı arta bilər. Bunlardan birincisi çiyələkdir. .   -a istinadən xəbər verir ki, yod çiyələk kollarının vəziyyətinə müsbə

.

Plova 2 qaşıq əlavə edin, bu xəstəlikdən xilas olun

Bədənimizdəki balanssız qan şəkəri səviyyəsi adətən qidalanmamızla əlaqədardır. Pre-diabet xəstələri, insulin müqaviməti və qan şəkəri problemi olan bir çox insan bunun üçün həll yolu axtarır. Qanımızda müəyyən miqdarda şəkəri

.

Hər səhər bir ovuc badam yeməyin faydaları

Badamın sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə də hər səhər bir ovuc badam yesəniz. -ə istinadən bildirir ki, səhərləri ac qarına yeyilən badamın orqanixmə verdiyi inanılmaz faydaları təqdim edir:. Pəhriz saxlayand

.

Mixəyin faydaları nələrdir?

Mixəyin bir çox faydası olduğu məlumdur. Daha çox ağız qoxusunu aradan qaldırmaq üçün istifadə olunsa da, mixək həzmi asanlaşdırmaqdan mədə ağrılarını aradan qaldırmağa qədər bir çox işdə təsirlidir. Həm bütöv, həm də to

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Fiziki təmas ağrını aradan qaldırır

Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər. -a istinadən xəbər verir ki, almaniyalı və hollandiyalı tədqiqatçılar bununla bağlı xüsusi araşdırma aparıblar. Araşdırma nəticəsində alimlər fiziki təması

.

Bu qidadan yeyən kişilər serialı intim yaxınlıqdan üstün tuta bilər - Uroloq Asaxanov

Bəzi qidalar, hətta faydalı məhsullar da kişi libidosuna mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, bu barədə "Подмосковье сегодня" xəbər saytına Vidnovskaya Klinik Xəstəxanasının uroloqu Zaqid Asaxano

.

Bağda işləmək bu problemləri azaldır

Bağ evində işləmək antidepressant qəbul etməyə bənzəyir və depressiya riskini 23% azaldır. -a istinadən bildirir ki, bu barədə britaniyalı alimlər apardıqları uzunmüddətli araşdırmalardan sonra elan ediblər. Səhər yeməyind

.

Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

Kartof kulinariya ənənəmizdə o qədər məşhur və axtarılan məhsuldur ki, onlarsız pəhriz təsəvvür etmək demək olar ki, mümkün deyil.   -a istinadən bildirir ki, lakin artıq çəki ilə mübarizə prosesində, karttofdan imtina etməlisiniz. 

turlar.az

sonxeber.az adlarin menasi toy gecesi qadın geyimi veten haqqinda atalar sozu üz maskaları suni mayalanma doğuş kosmetika lakonizm burclər heyati kley lekesi qz eviyçun hakışta