Mübariz Mənsimov haqqında bilmədikləriniz- O necə milyarder oldu?

Mübariz Mənsimov haqqında bilmədikləriniz- O necə milyarder oldu?Mübariz Mənsimov necə milyarder oldu?

Xanim.az bizplus.az-a istinadən Mübariz Mənsimov haqqında məlumatı sizə təqdim edir.

9 uşaqlı bir ailənin üzvü olan Mübariz Mənsimov 1968-ci il 22 mart tarixində Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlib. Valideynləri əslən Masallı rayonundandırlar.

Təhsili

Uşaqlıq illərində çox nadinc olan Mənsimov hərbçi babasının təkidi ilə Bakıda hərbi məktəbə qəbul olur. Burada təhsil aldıqdan sonra universitetə daxil olur və Sovet ordusunun kəşfiyyatında müxtəlif vəzifələrdən sonra 1985-ci ildə təyinatı Almaniyaya verilir.

Erməni düşmənçiliyi həyatını dəyişdirir

1989-cu ildə erməni generalla mübahisə etdikdən sonra əsgərlik həyatına son verən Mübariz Mənsimovun 20 il sonra 3 yarım milyard dollar dövriyyəsi olan bir holdinqin sahibi olacağını kim bilə bilərdi? "Bu gün şirkətlərimizin hər hansı birində üçüncü nəsil bir erməni belə olduğunu öyrənsəm dərhal işdən qovaram. Onlarla ticarət etmərəm heç vaxt. Ermənilərə qarşı həmişə antipatiyam olub. Ailəmdə yeddi şəhid var və ən yaşlısı 21 yaşındadır. Onları sevmək məcburiyyətində deyiləm, onlar da məni sevməsin "deyən Mənsimov, əsgərlik həyatına son qoyduqdan sonra 1 il yarım gəmilərdə aşbazlıq edir və daha sonra üç dostuyla birlikdə 150 tonluq bir balıqçı gəmisi kirayəyə götürür.

Böyük risk

Mübariz Mənsimov Rusiyada satışa çıxarılan gəmiləri alır. Bu yaxınlarda bir qəzetə müsahibə verən Mənsimov "O gəmiləri heç kim almaq istəmirdi. Sibirdən gəmini aldıq. Gəminin çayın kənarında işləməyi qeyri-mümkün idi. O gəmini risk edərək İstanbula gətirmə qərarı aldıq. Yolda batmaq ehtimalı 80 faiz idi. Batmadı! Onları təmir etdirib beləcə gəmilərin sahibi olduq. Ucuz aldıq gəmini. Əsl dəyərindən 10 dəfə ucuz. İşləri böyütməyimizdə isə əlaqələrimizin təsiri olmadığını söyləməyə bilmərəm. Hər iş adamı kimi risk etdim və mənə dəstək oldular " demişdi.

O gündən bəri ciddi iş rejiminə başlayan milyarder gündən günə böyütdüyü Palmali qrupunu 1998-ci ildə Türkiyəyə köçürür. Palmali bu gün dünyanın ən böyük beş dənizçilik şirkətindən biridir.
20 ildə illik dövriyyəsi 3 milyard yarım dollarlıq bir holding yaradan Mənsimov 2007-ci ildə türk vətəndaşlığını qəbul edib.

Palmali Qrupunun bu gün Azərbaycandan Rusiyaya, Bolqarıstandan Yunanıstana, 21 ölkədə ofisi var. Təkcə dənizçilik sektorunda 28 min işçisi var. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda ümumi işçi sayı 45 mini keçir. Mübariz Mənsimovun hazırki sərvəti isə 1.3 milyard dollar hesab edilir.

Mübariz Mənsimov digər sektorlarda

Mübariz Mənsimov yalnız gəmiçilik deyil bundan başqa inşaat, media , yeyinti sənayəsində də fəaliyyət göstərir. O, Pal Media adlı şirkətin nəznində 5 milyon dollar investisiya ilə Pal FM adlı bir radio və Palhaber adlı xəbər portalı da yaradıb. Mübariz Mənsimov bundan sonrakı iş həyatında da ən çox sərmayəni Türkiyədə edəcəyini açıqlayıb.

Xəbərlər     Baxılıb: 4488   Tarix: 22 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

geyim seçimi toy makiyajlari toy gecesi qırmızı xalça qadın ətirləri intim haqda hüquqşünas kosmetika bürclər qaynanaya aid vicdan arxadan olmaq novruza aid hakista