"Müəllim maaşı ilə necə dolanmaq olar ki?! - O maaşla ev tikmək mümkün deyil" - Talıb Tale/MÜSAHİBƏ

"Müəllim maaşı ilə necə dolanmaq olar ki?! - O maaşla ev tikmək mümkün deyil" - Talıb Tale/MÜSAHİBƏMüğənni Talıb Talenin BiG.AZ-a müsahibəsini təqdim edirik:

- Talıb Tale , maraqlıdır, politologiyanı bitirmisiniz, amma müğənni kimi fəaliyyət göstərirsiniz.
Bu sənətə əvvəl həvəsim var idi, sonradan bu həvəs məqsədə çevrildi. Bilirdim ki, mənim mahnılarım nə vaxtsa eşidilib dinləniləcək, ehtiyac yaranacaq. O qədər musiqi təhsili almış adamlar var ki, bu sahədə uğur qazana bilmirlər. Professional oxuyur, musiqi savadı da var, amma məşhur ola bilmir. Nəsə çatışmır elə bil.

-Bəs uğur qazanmağın açarı nədədir?

-Konkret bir açar yoxdur. İnternet əsridir, elə insan var ki, gözləmədiyi halda elə populyar olur ki…

- Sizi "Maşın şou"nun qalibi edən populyarlıqmı oldu?
- Bir neçə dəfə o verilişə dəvət almışdım, amma getmirdim. Konsert proqramlarına başım qarışırdı, efirlərdə demək olar görünmürdüm. "Maşın şou" qurma oyun deyildi, real oyun idi. Həmin şouda heç kim mənə necə davranacağımı göstəriş vermirdi. Heç bir plan cızmırdım, olduğum kimi davranırdım. Yeri gələndə sözümü deyirdim, hər şeyi öz axarına buraxırdım. Neçə illər çəkdiyim zəhmətin bəhrəsi idi…Bu sevgini qazanmışdım. Gözütox adamam. Əsas məqsədim maşını udmaq deyildi. gözdən düşməmək idi. Məqsədimə çatdım.

-Sizə paxıllıq edənlər çoxdur?

-Var. İstənilən uğur qazanan insana paxıllıq edirlər. Kim ki, bir şeyi əldə edə bilmir, başlayır paxıllıq etməyə. Başqasının uğurunu gözü götürmür, onun ayağından aşağı çəkir, gözdən salmağa çalışır. Belələri ətrafımda var və daha təhlükəlidir.

-İndi bəzi müğənnilər yaradıcılığından çox, şəxsi həyatıyla gündəmə gəlir. Siz isə şəxsi həyatınızı mediadan gizlədən müğənnilərdənsiniz…

-Gizlətməyə çalışıram bəli. Nişan fotolarını da qohumlarımdan biri yaymışdı. Vallah nə deyim, şəxsi həyatını gündəmə gətirənlər kimdirsə, onların öz şəxsi işidir. Deyə bilmərəm axı, sən niyə belə eləyirsən. Mən belə düşünürəm, o başqa cür düşünür. Özünə onu rəva bilir, mən rəva bilmirəm. Toyum da mediaya qapalı olacaq. Çox az sənət adamlarını toyuma dəvət edəcəyəm.

-Talıb bəy sizin duet ortağınız olan xanımlar adətən şəxsi həyatları ilə çox gündəmə gəlirlər. Bu sizin yaradıcılığınıza hər hansı bir təsir göstərirmi?
-Duet oxuduğum xanımların şəxsi həyatı ilə gündəmə gəlməsi mənim yaradıcılığıma heç bir mənfi təsir göstərmir. Sadəcə, səs uyğunluğu olur, bəyənirəm və seçim edirəm. Damlaya duet oxumağı da mən təklif eləmişdim. Onda Damla hələ belə populyar deyildi. Damla ilə haradasa oturmuşduq, mahnımı elə-belə zümzümə elədi. Xoşuma gəldi və duet oxumağı təklif etdim.

-Son günlər Damlanın sosial şəbəkələrdə yayılan görüntüləri müzakirələrə səbəb oldu. Hətta efirdə də bu məsələ müzakirə olundu.

- Ümumiyyətlə, efirdə bu cür mövzuların müzakirə olunması doğru deyil. Efirə hamı baxır,

-Qazancınız size qane edirmi?
-Şükür Allaha.

-Ailənizə, qohumlarınıza maddi dəstək olursunuzmu? Bəzi saytlar ailənizin acınacaqlı vəziyyətdə olduğunu da yazdı…

-Bacardığım qədər dəstək oluram. Bəli, ata-anamın yaşadığı evin görüntüsünü yaydılar, mən onu danmadım. Açıqlama verdim ki, atam-anam müəllimdirlər. Bugün müəllim maaşı hamıya məlumdur. Biz qaçqın düşüb gəlmişik. Elə tikilən evimizi orada qoyduq gəldik. Bura gələndən sonra biz çətinliklə müəllim maaşı ilə durub yenidən ev tikmək, ev təmir eləmək mümkün deyildi. Müəllimin aldığı maaş ancaq övlarını saxlamağa, təhsilini davam etdirməyə yetə bilər. Ümumiyyətlə, o maaş ilə necə dolanmaq olar ki? 4 övlad olmuşuq, çox çətinliklə böyümüşük. İndi şükür Allaha, ata-anama ev tikdirmişəm, özümə ayrıca ev almışam.
-Verilişlərdə niyə-az-az görünürsünüz?
-Belə yaxşıdır, efirə çox gedəndə effekti yaxşı olmur, tamaşaçılar yorulur.

-Talıb bəy Afət Fərmanqızı Pəncü -ŞEŞ mahnısını eşitmisiz yəqinki. Efirdə də çox müzakirə olundu, birmənalı qarşılanmadı…

Eşitmişəm! Düzdür, bir çoxları bunu tənqid elədi. İfası normaldır, amma məsələ başqadır. Həmin qəzəli "Nəsimi"də Rasim Balayevin dilindən eşitmişik. O filmdə sanbal, ağırlıq var. Bu sözləri oyun havasında görəndə istər-istəməz belə reaksiya verməlidirlər. Amma bu dərəcədə çox tənqid eləmək lazım deyild.
-Siz oxuyardınız o mahnını?

-Xeyr, oxumazdım.

-Qınanmaqdan qorxursunuz?

-Qorxmuram, sadəcə zövq məsələsidir.


Ülviyyə

Şou Biznes     Baxılıb: 3014   Tarix: 14 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

.

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə

.

Qarabağa köçən məşhurlar - SİYAHI

İşğaldan azad olunan Qarabağda həyat yenidən canlanır. Uzun illər doğma yurdlarından uzaqda yaşayan insanlar Böyük Qayıdış çərçivəsində ata-baba torpaqlarına qovuşurlar. Onların arasında tanınmış şəxslər də var. Qarabağ

.

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

turlar.az

kosmetika mehsullari geyim və ayaqqabılar geyim necə seçməli qadinlarda soyuqdeyme bizim mətbəx qadın kostyumları gözəl xanım kosmetika mikayıl abdullayev efsaneler haxışda badambura qurd ve quzu