Murad Dadaşovun üzü tanınmaz hala düşdü (VİDEO, FOTO)

Biz Murad Dadaşovun və İslam Mehrəliyevin hansısa bədheybət və əcayib məxluqlara çevrilməsi kadrlarını əldə etmişik.

Artıq neçəci dəfədir ki, biz sizə M Group Production-un ilk bədii filmi olan "Bayram axşamı" haqqında danışmışıq. Bu dəfə filmdəki ən maraqlı aktyor oyunundan, obraza çevrilmədən söhbət gedəcək.

Filmin süjetinə görə elə adı da Bayram olan baş qəhrəman Novruz bayramı ərəfəsində ürəyində səhv arzu tutur. Tonqalın üstündən tullanır və növbəti gün Bayramın bədəni 6 aylıq körpə, başı isə böyük adamın ölçüsündə olur. Belə bir filmi çəkmək elə də asan iş deyildi. Əvvəlcə hamı bizim ölkədə, Azərbaycan kinomatoqrafiyasının indiki inkişaf mərhələsində bu cür filmin istesal imkanlarına şübhə ilə baxırdı. Amma məhz Murad Dadaşovun komandası belə işləri uğurla yerinə yetiriblər. Bu dəfə də komanda öz işinin öhdəsindən müvəffəqiyyətlə gəldi.

"Əlbəttə, bu çox uzun və zərgər dəqiqliyi tələb edən iş idi.", - deyərək filmin ssenari müəllifi və quruluşçu rejissoru Toğrul Məmmədov bu haqda söhbətə başlayır.
"Bu iş qaynar nöqtələrdə 2 illik əsgərlik xidməti keçmək kimi bir iş idi. Bu vaxt ərzində 2 film çəkmək olardı. Çəkiliş meydançasında südəmər uşaqlarla işləmək, hələ üstəlik onlardan nəinki rejissorun, hətta qrafistin qoyduğu tapşırıqları yerinə yetirməyi gözləmək olduqca çətindir. Şükürlər olsun ki, hər şey yolunda getdi. Hazırda qrafistlərdən ibarət komanda işin yekun hissəsi ilə məşğuldur. Bütün bu nəticələrə kompyuter qtafikası ilə nail olmaq mümkün oldu. Və bu zaman qrim ustaları, rəssamlar və heykəltaraşlardan ibarət komanda köməyimizə çatdı. Ən çətin tapşırıqlardan biri – hər kəs tərəfindən çox sevilən, üzündən gülüş əskik olmayan Murad Dadaşovu əsas mənfi qəhrəmana çevirmək idi. Qəddar və üzündə müəyyən qüsurları olan bu obraz Bayramın ən amansız, zalım düşmənlərindən biridir. Məhz bu obrazı sadəcə mükəmməl bir oyunla Azərbaycanın əməkdar artisti Murad Dadaşov yaratdı. Murad Dadaşovun nələrə dözdüyünü, hansı fədakarlıqla öz məqsədinə çatmasını təqdim edilən şəkillərdən görə bilərsiniz.

Filmdə bütün səhnələrə körpələri çəkmək mümkün deyildi: çətin ötüşmələr, partlayışlar, atışmalar, mürəkkəb döyüş səhnələri- bu və digərləri bizi aktyor İslamın başı ilə körpə bədənindən ibarət kukla yaratmağa məcbur etdi. Bu kukla bizim istədiyimiz kimi hərəkət edir və asan idarə olunurdu. Bunun üçün İslam çəkilişlərə 1 ay qalmış çox ağır, 9 saatlıq bir prosesdən keçdi, nəticədə aktyorun başının dəqiq surətini əldə edə bildik. Artıq bizim baş qəhrəmanımız körpə yaşına baxmadan avtomobilin sükanı arxasında əyləşə, havada uça, zalımlar ordusuna qarşı atışmalarda iştirak edə bilərdi. Bir sözlə - qoyulan tapşırığa düzgün yanaşma və doğru komandanı yığmaqla hər şeyə nail olmaq olar."

Xatırladaq ki, "Bayram axşamı" kinokomediyası bu ilin fevral ayında bizim ölkəmizdə ekranlarda olacaq. Hələlik isə internet şəbəkələrinə təkcə filmin ilk teaser-i buraxılıb. Tezliklə, M Group Production şirkəti ilin ən çox gözlənilən filminin tam trailer-ini təqdim edəcək.

Murad Dadaşovun üzü tanınmaz hala düşdü (VİDEO, FOTO)Murad Dadaşovun üzü tanınmaz hala düşdü (VİDEO, FOTO)Murad Dadaşovun üzü tanınmaz hala düşdü (VİDEO, FOTO)

Xəbərlər     Baxılıb: 2982   Tarix: 16 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

turlar.az

kosmetika mehsullari gozel gorunmek toy makiyajlari kəklikotunun faydası körpə və ona qulluq kişilərə təsir etmək şirniyyat resepti kosmetika qiz evi haxista öpüşme tanisliq yutube salatlar