Müsəlman xanımları üçün çimərlik geyimləri hazırlanıb

Müsəlman xanımları üçün çimərlik geyimləri hazırlanıbHər bir qadın sirli, romantik və dəbli görünmək istəyir. Sirli görünüş çimərlikdə də olmalıdır. Buna müsəlman xanımları üçün hazırlanmış çimərlik geyimi – burkininin sayəsində nail olmaq olar. Bu geyimin adı "bikini" və "burk" sözlərinin birləşməsindən götürülüb (burqa- örtük). Bu geyim tamamilə şəriət qaydalarına cavab verdiyindən, müsəlman xanımlarının belə geyimdə çimərlikdə görünməsinə imkan verir.

O, yüngül, rahat və tez quruyandır. Əsas odur ki, çimərlik geyiminin hazırlandığı material qadının qaralmasına mane olmur. O, sağlamlıq üçün zərərli olan ultrabənövşəyi şüaları buraxmır. Geyim 3 hissədən – uzun şalvar, qollu kofta və papaqdan ibarətdir. Kofta papaqlıdır. Parça bədənə yapışmır, şəffaf deyil. Geyim sərbəst hərəkət etməyə imkan verir. Bu geyimdə üzməklə yanaşı, istənilən çimərlik idman növü lə də məşğul olmaq olar.

Hər qadın üçün vacib olan odur ki, geyimlər zərif və eleqant olsun. Onlar bədən fiqurasının istənilən çatışmamazlıqlarını gizlədə bilir. Bu çimərlik geyimi idmanı və aktiv hərəkətləri sevən istənilən yaşda olan müsəlman xanımları arasında populyarlıq qazanıb.

Bu kostyum ilk dəfə Avstraliyalı modelyer Ahed Zanneti tərəfindən öz bacıları üçün hazırlanıb. Bu ideyası ilə o, müsəlman xanımlarının çimərliyə getməsi kimi çətin bir problemi həll edə bilib. Ötən illərdə müsəlman xanınmlar ya çimərliyə getməkdən imtina edirdilər, ya da çimərliyə gəldikləri geyimdə üzürdülər. Bu da çoxlu narahatlıqlar yaradırdı.

İlk vaxtlarda bu kostyumlar sərt qara parçalardan tikilirdi. Amma bir neçə il keçdikdən sonra müxtəlif rəngli parçalardan istifadə edilməyə başlanıldı. Modelyer onları qırmızı və sarı parçalardan hazırladı.

İndi çimərlik geyimləri bütün rənglərdə və müxtəlif formalarda hazırlanır. Onları bir çox İslam dininə sitayiş edən ölkələrdə istehsal edirlər və onlardan bəziləri əsl brendə çevrilib. İndi hətta kombinzon çimərlik geyimləri də tapmaq olar. Onlar qadını təsadüflərdən (kürəyin açılması və s.) etibarlı şəkildə qoruyur.

İlk dəfə çimərlik geyimlərini hazırlayarkən Zanetti onları Avstraliyanın iqlimini nəzərə alaraq tikmişdi. Bu ölkə ozon qatına yaxın olduğundan dünyanın digər ölkələrinə nisbətən günəş şüalarının təsirinə daha çox məruz qalır və burada günəşli günlərin sayı çoxdur. Buna görə də orada dəri xərçəngi xəstəliyi geniş yayılmışdır. Belə çimərlik geyimləri yalnız müsəlman xanımları üçün deyil, bütün avstraliyalı xanımlar üçün əsl xilas yolu olub.
Müsəlman xanımları üçün çimərlik geyimləri hazırlanıb

Gözəllik və Moda     Baxılıb: 5320   Tarix: 10 noyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

turlar.az

geyim və ayaqqabılar kosmetik vasiteler toy makiyajlari yaz salatlari atalar sozleri ana haqqinda vetene aid bayatilar necə tez arıqlayım kosmetika novruz hakisdalari balıq şəhid rus dilini öyrənək yumurta