Mütləq peyvənd edin - Deyilənlərə inanmayın

Mütləq peyvənd edin - Deyilənlərə inanmayın Nəzərinizə təqdim etdiyimiz peyvəndlər haqqında 7 əfsanə bir çox hallarda insanların düzgün qərar verməsinə mane olur.
Vaksinləmənin müasir təxəyyüldə 130 ildən artıq müddət ərzində mövcud olmasına baxmayaraq, bu mövzuda hələ kifayət qədər yanlış fikirlər də var.
Milli.Az peyvənd haqqında geniş yayılmış səhv düşüncələri oxucuların nəzərinə çatdırır.
1-ci əfsanə: peyvəndlər artıq məğlub edilmiş xəstəliklər əleyhinə vurulur...
Onların faktiki olaraq məğlub edilmiş sayılması (əslində isə bu, sadəcə görüntüdür) məhz kütləvi şəkildə peyvənd olunmanın nəticəsidir. Buna kollektiv immunitet deyilir: əhalinin böyük əksəriyyəti peyvəndlənmişdirsə, infeksiyanın yayılması ehtimalı azalır.
Lakin son illərin təcrübəsi göstərir ki, nə məğlub edilməsi zənn olunan qızılca, nə də qurbanlarının inkişaf etmiş ölkələrdə uzun müddətdən bəri müşahidə edilmədiyi poliomiyelit heç də gündəmdən yox olmayıblar. Hazırkı qızılca epidemiyaları kollektiv immunitetin zəifləməsi ilə əlaqədardır (bəzi ölkələrdə peyvənd əleyhdarlarının fəallığı nəticəsində, bəzilərində isə iqtisadi səbəblərdən). Moskva, Ural və İrkutsk xəstəxanalarında poliomiyelit təkrarən 2010-cu ildə - Tacikistandan gələn miqrant ailələrdən olan bir neçə uşaq gətirildikdə müşahidə edildi, həmin vaxt xəstəliyə tutulmuş adamlardan 15 nəfəri dünyasını dəyişdi. Odur ki, infeksiyalar yalnız qismən və müvəqqəti məğlub edilmiş sayıla bilər. Tetanus (quruma), quduzluq və ya ensefalit (beyinin iltihabı) kimilərinin təslim etmək fikri yox idi də.
2-ci əfsanə: bir yaşdan kiçik olan uşaqlar hər şeydən qorunub - onlara peyvənd gərək deyil
Həyatlarının ilk aylarında körpə uşaqlar həqiqətən də bəzi infeksiyalardan qorunmuş olur - onlarda hələ də ananın anticisimlərinin fəaliyyət göstərdiyi ana immuniteti qalmağa davam edir. Lakin o anticisimlərin əksəriyyəti körpənin 6 ayına qədər parçalanır, buna görə də tam bir il üçün mühafizə yetərli olmur. Hətta körpə tərkibində çoxlu sayda ananın anticisimləri olan ana südü ilə qidalanırsa belə. Əsasən belə bir passiv immunitet körpəni yalnız tənəffüs və bağırsaq infeksiyalarından, o cümlədən qızılca, məxmərək və s. bu kimi xəstəliklərdən qoruyur. Təəssüf ki, körpə anticisimlərin "nəzarəti" altında uzun müddət olmur və həmin anticisimlər peyvəndə, yaxud da bu və ya digər xəstəliyə qarşı cavab olaraq hasil olan özünün immuniteti ilə müqayisə oluna bilməz.
3-cü əfsanə: uşaq böyüyənə qədər peyvəndlərlə tələsməyə ehtiyac yoxdur - qoy immuniteti bərkisin
Gözləməyə qalsa, immunitet o dərəcədə bərkiyər ki, orqanizm peyvəndə və ya hansısa xəstəliyə qarşı həddindən artıq aqressiv reaksiya verə bilər. Bir çox uşaq infeksiyalarının böyüklərdə ağır xəstəlik yaratmasının səbəbi də məhz budur, peyvəndlərin əsas hissəsi isə bir yaşa qədər olunur (bəziləri isə müəyyən yaşa kimi). Bu yaşda körpənin immunitetinin vəziyyəti, bir tərəfdən, orqanizmin həddindən artıq kəskin "cavab verməsindən" qorunmağa, digər tərəfdən isə yetərli mühafizə yaratmasına imkan verir. Bundan əlavə, bir yaşa qədər infeksiyaların özü ilə rastlaşma riski daha az olur, çünki uşaq çox vaxt evdə və ya gəzintilərdə olur, virusların çox ola biləcəyi ictimai yerlərdə isə, demək olar ki, olmur.
4-cü əfsanə: peyvənd xəstəlik törədə bilər
Bu qənaət yalnız qrip peyvəndlərinə deyil, digər peyvəndlərə də aid olunan ən geniş yayılmış əfsanələrdən biridir. Müasir vaksinlər zəifləşdirilmiş, yaxud da ümumiyyətlə zərərsizləşdirilmişdir (inaktiv, İPV) - yəni tərkiblərində olan törədici mikrob xəstəlik yaratma qabiliyyətinə malik deyil. Lakin müəyyən şərtlər altında bunun mümkün olduğu hallar da var: məsələn, vaksinlə əlaqəli poliomiyelit. Bu hal uşaqlara poliomiyelit əleyhinə ağız yolu ilə (oral yolla) həyata keçirilən vaksinləmə (POV) zamanı baş verə bilər. Həm də təkcə peyvənd olunanlarda deyil, peyvənd olunduqdan dərhal sonra onlarla sıx təmasda olanlarda da. Bu səbədən, məsələn, əgər uşaq bağçasında kimsə POV damcıları ilə təkrar peyvənd olunursa, peyvənd olunmayan uşaqlar müvəqqəti olaraq başqa bir qrupa köçürülür. Damcı qəbul edən uşaqlara gəldikdə isə, vaksinlə əlaqəli poliomiyelit yalnız əvvəllər aktivləşdirilmiş peyvənd (İPV) edilməyən uşaqlarda müşahidə oluna bilər. Lakin müasir sxemlərə görə, bütün uşaqlara əvvəlcə IPV vurulur, yalnız ondan sonra damcı yolu ilə peyvənd olunur.
5-ci əfsanə: peyvəndlər autizm riskini artırır
Bu qənaət briyaniyalı qastroenteroloq Endryu Ueykfildin məlumatlarına əsaslanan əsas anti-peyvənd tezisidir. 1998-ci ildə "Lancet" adlı nüfuzlu elmi jurnalda onun şərik müəllif olduğu bir məqalə dərc olunmuşdu. Məqalədə autizm və bağırsaq xəstəlikləri ilə MMR (1988-ci ildən etibarən Böyük Britaniyada istifadə olunan qızılca, məxmərək və parotit əleyhinə) peyvəndi arasında əlaqənin olduğundan bəhs olunub. Altı il sonra jurnal məqalənin həqiqətə uyğun olmadığı bəyanatını yayımladı. İstintaq nəticəsində Ueykfild faktların qəsdən təhrif edilməsinə görə tibbi fəaliyyət göstərmək hüququndan məhrum edildi. Həmin dövrdə və ondan sonra keçirilmiş heç bir tədqiqat autizmlə qızılcaya və ya hər hansı digər infeksiyaya qarşı edilən peyvənd arasında mümkün əlaqənin olduğunu təsdiqləmədi. Bunu həmçinin autizmə səbəb olduğu söylənilən peyvəndin tətbiq edilmədiyi və ya hay-küydən sonra daha az tətbiq edildiyi ölkələrin statistikası da təsdiqləmədi.
6-cı əfsanə: peyvəndlər immuniteti zəiflədir
Belə bir qənaətin nəyə əsaslandığı sual doğurur. İmmunitet ümumiyyətlə hətta həkimlərin belə kifayət qədər az məlumata malik olduğu qəribə bir sahədir. Onun KRVİ (kəskin respirator virus infeksiyası) mövsümündə "yüksəldilməsi" tələb olunmur, o, bir çoxlarının düşündüyü qədər tez-tez və ciddi şəkildə "düşmür", xüsusilə də peyvəndin vurulması nəticəsində. Peyvənd olunarkən, bədənimizə onsuz da daim vəhdətdə olduğumuz yad zülallar daxil olur. Fövqəltəbii, xüsusilə də immuniteti zəifləməyə qadir olan heç bir hal baş vermir.
7-ci əfsanə: tərkibində konservantlar var, təhlükəlidir
Sözün düzü, konservantları (qoruyucu maddələri) faydalı adlandırmaq olmaz. Görəsən istifadə müddəti üç il olan balıq konservləri və ya peçenye alan adamı bu məsələ çoxmu qayğılandırır? Biz daim konservantlarla qarşılaşırıq, özü də söhbət təkcə qidadan getmir və buna görə bir o qədər də narahat olmuruq. Vaksinlərdə olan konservantların sayı isə zərər yetirə biləcək dərəcədə çox deyil. İstənilən halda, peyvənd mövzusu faydanın zərərdən müqayisəolunmaz dərəcədə çox olduğu haldır.
Zaur Həsənəliyev
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1437   Tarix: 03 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim seçimi qaşların formalari gozel gorunmek vaginal təmizlik anaya aid atalar sozu encir murebbesi xercengden qoruyan qidalar kosmetika sevda hesaplama hekaye janri rus dilini öyrənək rus dili