Nadir Qafarzədə "razborka"ya çağırdı: "Arvadımı, bacımı küçələrə buraxmamışam"

Nadir Qafarzədə "razborka"ya çağırdı: "Arvadımı, bacımı küçələrə buraxmamışam"Qalmaqallı açıqlamaları ilə gündəmə gələn müğənni Nadir Qafarzadə yenə də təhqir dolu paylaşımı ilə diqqət çəkib.

Cebhe.info xəbər verir ki, adına sosial şəbəkədə saxta hesab açılmasına və sosial şəbəkələrdə ünvanına yazılan fikirlərə qəzəblənən Nadir Qafarzadə təhqiramiz sözlər işlədib.

Müğənninin paylaşımını olduğu kimi təqdim edirik:

Nadir Qafarzədə "razborka"ya çağırdı: "Arvadımı, bacımı küçələrə buraxmamışam""Mən dəfələrlə qeyd etmişəm ki, sosial şəbəkələrdən təkcə İnstagramda şəxsi səhifəm var. Facebook-da yoxam. Sözüm mənim adımdan Facebook-da səhifə açanlara və yaxud İnstagram səhifəmdən şəkil- video oğurlayıb Fabebook-da paylaşanlara, onları müzakirəyə çıxarıb təhqirlər, söyüşlər yazan bəzi "kişicik"lərə, "qadıncıq"laradır. Ey alçaqlar, bir özünüzə baxın, sonra kimisə müzakirə edin. Həyatda heç nəyə nail olmayan bəzi adamcıqlar, namusdan, qeyrətdən xəbəri olmayanlar, görəsən yazdığınız təhqirləri mənim üzümə deyə bilərsiniz? Əlbəttə, yox, çünki bunu etmək üçün monitor qəhrəmanı yox, əsl qəhrəman olmaq lazımdır. O da ki, sizlərdə yoxdur. Şükür, Allahım məndən heç nəyi əsirgəməyib, bəziləriniz kimi arvadımı, bacımı küçələrə buraxmamışam, arvad hesabına kişi olmamışam.

Kişi olan şəxs monitor arxasında kişilik nümayiş etdirməz, sözü olan üz-üzə, göz-gözə deyər. Çox təəssüf ki, bəzi monitor alçaqlarının içərisində kişi görmədim. Məni görəndə bilmirsiniz haramdan girib, haramdan çıxasınız, amma arxamca danışırsınız. Çünki siz bədbəxt adamlarsınız. Allah sizi unudub, ay boşluqlar. Mən sizin yerinizə olmaq istəməzdim, amma mənim yerimdə olmaq istəyənlər çoxdur. Mən sözümü dedim! İndi o söyüş, təhqir yazanların yolunu və zəngini gözləyirəm. Günün hər saatında görüşməyə hazıram. Yazdıqlarım yalnız bəzi alçaqlaradır. Demirəm ki, orda təkcə mənə nələrsə yazılır, müğənni həmkarlarım haqqında haqlı, haqsız yazırlar. Bəlkə kimsə qəbul edir, amma mən qəbul etmirəm. Məsəl var - "Minnətdaram düşmənimə, qoymur məni düşməyə". Siz alçaqlığınızda qalın, mən ucalmağımda!"

Nadir Qafarzədə "razborka"ya çağırdı: "Arvadımı, bacımı küçələrə buraxmamışam"

Xəbərlər     Baxılıb: 3440   Tarix: 03 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geymler 2026 yemek reseptleri gözəllik məhsulları göyəmin faydası pirojnalar qara gavalinin faydalari arıqlama pəhriz kosmetika ginekoloq fitat faydalı məsləhətlər insan sac duzumleri