Namiq Qaraçuxurlu məşhur model ilə HOTEL OTAĞINDA... - FOTOLAR
Namiq Qaraçuxurlu "Subaylar" şousunun iştirakçısı ilə Tufandağ dağ xizək kurortunda çəkdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.
Xanim.az xəbər verir ki, Azərbaycanın tanınmış meyxana ustası Namiq Qaraçuxurlu "Soyuqdur" mahnısının klipinin çəkilişlərini başa çatdırıb. Sözügedən klip yaxın zamanlarda nümayiş olunacaq.
Yeni klipdə N.Qaraçuxurlunun tərəf-müqabili rolunda "TNT" kanalında yayımlanan "Subay" şousunun iştirakçısı, müğənni və model Taşa Turova çəkilib. Meyxana ustası onun təklifini qəbul edib klipində çəkilməyə razı olan gözəl modelə sisial şəbəkədə təşəkkür edib:
"İş qrafikinin gərgin olmasına baxmayaraq, dəvətimizi qəbul edib üçün Bakıya gəldiyin üçün çox sağ ol. Mən başa düşürəm ki, bizim layihəmiz sənin üçün nə qədər çətin və gözlənilməz oldu. Məni və bizim çəkiliş qrupunu sənin tərbiyən və peşəkarlığın sarsıtdı. Çətin şəraitə baxmayaraq, işə yanaşman bizi heyrətləndirdi. Mən öz adımdan və bütün komandamız adından həm yüksək peşəkarlığına, həm də heyrətamiz insani keyfiyyətlərinə görə sənə təşəkkür edirəm. Ümid edirəm ki, görülən işlər sənin və mənim yaradıcılığımı izləyən hər kəsin ürəyincə olacaq. Əminəm ki, bu, bizim birlikdə ərsəyə gətirdiyimiz sonuncu iş deyil. Sənə uğurlar".
Taşa Turova da öz növbəsində hotel otağında və hamam dəsmalında çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb və "Bakı günəşi ilə qızınmaq" , - deyə qeyd edib.
Xatırladaq ki, 2015-ci ildə ailə quran meyxana ustası yay aylarında qız atası olub. Məşhur meyxanaçı həyat yoldaşının və qızının üzünü mətbuatdan ciddi-cəhdlə gizlədir. N.Qaraçuxurlunun ilk nikahından isə 2 oğlu var.
Publika.az


![]()









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri