Narda bu qədər fayda olduğunu bilirdinizmi?
Hazırda mövsümü olan nar meyvələri və toxumlarında çoxlu bioloji aktiv birləşmələr var. Tədqiqatlar göstərir ki, nar güclü antioksidant, antimikrobiyal və antikanserogen xüsusiyyətlərə malikdir.
Milli.Az lent.az-a istinadən bildirir ki, bunu tanınmış endokrinoloq, dietoloq, t.ü.f.d. Oksana Mixaleva deyib.
Nar ürək-damar, endokrin, revmatoloji və hətta onkoloji xəstəliklər, ağız boşluğunun patologiyaları, həmçinin metabolik sindrom üçün faydalıdır. Bundan əlavə, tədqiqatlar dəri vəziyyətinə müsbət təsirini də aşkar edib.
Həkimin sözlərinə görə, gənc narı birbaşa toxumları ilə birlikdə yemək olar, çünki tərkibindəki lif onun qida dəyərini və faydalarını artırır. Lif bağırsaq xərçənginin qarşısının alınmasına, həmçinin həzm sisteminin normal fəaliyyətinin saxlanmasına və zərərli maddələrin orqanizmdən çıxarılmasına kömək edir.
O həmçinin əlavə edib ki, yalnız yumşaq nar dənələrini yeyə bilərsiniz, çünki sərt olanlar mədə və bağırsaqların selikli qişasını zədələyə bilər.
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi