Naringi yeyərkən iki dəfə düşünün: Gizli təhlükələri

Naringi yeyərkən iki dəfə düşünün: Gizli təhlükələriQış aylarında C vitamini anbarı kimi tanınan naringi immuniteti gücləndirmək üçün əvəzolunmazdır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu meyvəni həddindən artıq və ya yanlış şəkildə istehlak etmək gözlənilməz fəsadlara yol aça bilər.
Milli.Az xəbər verir ki, naringi mədə və həzm problemlərinə yol aça bilər. Yüksək dərəcədə turşulu (asidli) meyvə olduğuna görə, xüsusilə qastrit, xora (yara) və ya reflüks kimi mədə problemi olan şəxslər naringini ac qarnına yedikdə mədə yanması və turşuluğun artması ilə üzləşə bilərlər.
Bu problemi olanlar naringini yeməkdən dərhal sonra deyil, bir müddət keçmiş istehlak etməlidirlər.
Naringi digər sitrus meyvələrinə (məsələn, limona) nisbətən daha çox şəkər ehtiva edir.
Diabet (şəkərli diabet) xəstələri üçün naringinin həddindən artıq istehlakı qan şəkərinin qəfil yüksəlməsinə səbəb ola bilər. Gün ərzində 2-3 ədəddən artıq naringi yemək tövsiyə edilmir.
Meyvənin tərkibindəki turşular diş emalını aşındıra bilər. Naringi yedikdən dərhal sonra dişləri fırçalamamaq, ağzı su ilə yaxalamaq lazımdır. Əks halda dişlərdə həssaslıq və çürümə sürətlənə bilər.
Bəzi sitrus meyvələri (xüsusən qreypfrut kimi, naringinin bəzi növləri də) qaraciyərdə dərmanların parçalanmasına mane ola bilər.
Əgər xroniki xəstəliklər üçün daimi dərman qəbul edirsinizsə, naringi istehlakı dərmanın bədəndəki təsirini dəyişdirərək toksik effekt yarada bilər.
Naringini təmizləyərkən üzərindəki o ağ lifli hissələri (pektin) soymayın. Bu liflər xolesterolu aşağı salmağa kömək edir və həzm sisteminin işini tənzimləyir. Meyvənin əsl lif qaynağı məhz həmin ağ hissələrdir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 998   Tarix: 05 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

gözəllik məhsulları aksessuarlar qis geyimləri 2026 ziyafət geyimləri bilinçik resepti masin sou yay kolleksiyasi 2026 kosmetika pomidor hakista sozler əqrəb bürclər novruz bayramı