Nazilə Səfərlinin oğlu avtomobil qəzasına düşüb?
Tanınmış şairə Nazilə Səfərlinin oğlu Nurlan qəzaya düşüb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə şənbə günü Masazır yolunda baş verib.
Nurlan "KİA" markalı avtomobili ilə idarəetməni itirərək başqa bir maşına çırpılıb. Qəza zamanı avtomobil yararsız hala düşüb, şairənin oğlu isə özəl xəstəxanalardan birinə yerləşdirilib. Hazırda N. Səfərlinin oğlunun vəziyyəti qənaətbəxş hesab edilir.
Open.az saytının əməkdaşı hadisə ilə bağlı Nazilə Səfərli ilə əlaqə saxlayıb. Şairə belə xəbərdən məlumatsız olduğunu bildirib: "Necə yəni qəzaya düşüb? Bunu kim yazıb?".
Daha sonra isə Nazilə Səfərli sözünü yarımçıq qoyaraq, dəstəyi asıb.
***
Nazilə Səfərli oğlunun qəza keçirməsi ilə bağlı açıqlama verib.
Open.az xəbər verir ki, şairə bu barədə "İnstagram" hesabında məlumat yayıb.
"Oğlumun vəziyyəti yaxşıdır, yüngül xəsarət almışdı. Bir az öncə sarğı etdilər və evə buraxılır. Narahat olunası heç nə yoxdur. Qəza hamının başına gələ bilər. Allah balalarımızı qorusun", - deyə N.Səfərli bildirib.










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)