"Nazirlərin, iş adamlarının həyat yoldaşlarına qıcıq olsunlar, bizə yox" - Şəbnəm Tovuzlu

"Nazirlərin, iş adamlarının həyat yoldaşlarına qıcıq olsunlar, bizə yox" - Şəbnəm TovuzluMüğənni Şəbnəm Tovuzlu musavat.com saytının suallarına cavab verib.

"Sevənlər ölməz" mahnısı ilə populyarlıq qazanmış ifaçı ilə sənətə gəlməyindən, şou-biznesdə yaşananlardan və şəxsi həyatından danışdıq: "Əziyyətlə 6 saat hündürdaban ayaqqabıda toyda oxuyuram. Evə gələndə ayaqlarım ağrıyır. Düzdür, mənə deyirlər ki, nə məcburdur, toya gedirsən. Amma işimi sevirəm. 6 ildir ki, yüksək qonorar da versələr, kişi məclislərinə getmirəm. Əvvəl mənim də əziyyətim olub, amma heç vaxt kafe-restoran müğənnisi olmamışam. Anayam, tərbiyəli uşaq böyüdürəm. Haqqımda gündə bir mənfi xəbər çıxır, bu mənə təsir edir. Adımı hər dəfə bir məmurla çəkirlər. Deyirlər ki, oğlum Əlinin doğum günündə atası olmayıb. Yalandır. Oğlum Əlinin doğum günündə hər kəs həyat yoldaşımı gördü. Biz ailəliklə içəri daxil olduq. Öncədən demişdik ki, çəkiliş olmaz. 8 mühafizəçi vardı. Ailəliklə içəri daxil olub, qonaqları salamladıq. Gəlin, sizə də fotolarını göstərim (Telefonda ailəsinin fotosunu göstərir: "Bu qayınanam, bu qayınatam, bu qaynım, bu da yoldaşımdır"). Sabah həyat yoldaşımı üzə çıxarsam, o zaman nədən yazacaqlar? Əslində qapalı qadın maraqlı olur. Hər şeyi göstərsəm, maraq azalar. Mən geyimlərimdə də bu prinsipə əməl edirəm, açıq-saçıq geyinmirəm. Kimə maraqlıdır, ayağı-qolu açıq qadın? Nə qapalıdırsa, hamıya maraqlıdır. Həyat yoldaşım da, o səbəbdən axtarılır. Sabah həyat yoldaşımın şəklini instaqrama qoysam, onu axtaranlar min şərh yazacaq".

– Çoxları iddia edirdi ki, həyat yoldaşınız yaşlı kişidir…

– Mənə də o sözü deyiblər. Amma siz də gördünüz ki, yoldaşım, cavandır. 9 yaş fərqimiz var. Həmişə həyat yoldaşımın özümdən böyük olmasını istəmişəm. Mən 40 yaşımda ancaq ailəmə lazımam. Ailəsi olmayan 40 yaşlı müğənnilərdən hansı xoşbəxtdir? Nə övladı, nə ailəsi var. Onlara ürəyim ağrıyır. Sənət üçün yaşayırlar? Sənət adama nə verir? Şöhrət, populyarlıq, qızıl, brilliant, sevgi verər. Amma ailə xoşbəxtliyini verə bilməz. Sənət müəyyən yaşa kimi sənə vacib olar.

– Yeni ailə quran zaman şəxsi həyatınız barədə danışmışdınız. O zaman sözlərinizdən elə anlaşılmışdı ki, evli kişinin ikinci xanımısınız...

– Mənim sözümü səhv yozmuşdular. Həyat yoldaşım ailə qurub, boşanıb. Ailəsinə indi də kömək edir, sahib çıxır. Onlar üçün hər şey edir. Düzgün olan budur. Onlar da məni bilir, balalarını sevirəm, keçmiş xanımına hörmət edirəm. Mən ikinci qadın deyiləm. Sadəcə boşanmış bəylə ailə qurmuşam. O Allah adamıdır. Biz normal Azərbaycan ailəsiyik.

– Həmkarınız Rahidə Baxışova ilə tədbirdə dodaq-dodağa öpüşdüyünüz foto da müzakirələrə səbəb olub…

– Bu məsələni Rahidə ilə danışdıq. Təəssüf ki, yenə şişirdildi. Məsələ ilə bağlı mətbuat katibim açıqlama verib ki, son günlər dodaq boyası üzə yapışmasın deyə dodaq-dodağa görüşmək dəb halını alıb. Mən qızımı da, oğlumu da öpürəm. Rahidə mənə əziz olmasaydı, öpməzdim. Elə məclis var ki, girib sadəcə salamlaşıram. Rahidə mənə əzizdir. Kişi deyil ki… Kişilərlə əl verib, görüşmürəm. Ağıllı, savadlı insan ağlına gələnləri yazmaz.

– Bəzən müğənnilər də bir-birinə qəsdlə mənfi rəylər yazdırır, rastlaşmamısınız?

– Olur, əlbəttə, olur. Bəlkə də, məmurla çıxan xəbərləri də onlar yaydırır, onların sifarişidir. Mənim düşmənim yoxdur. Heç kimi də düşmən bilmirəm. Mən elə ailədə böyümüşəm ki, bir tikəni də haram yeməmişəm. İndi də halal çörəyimi qazanıram. Həyat yoldaşım da halal insandır. Hamının uğuruna sevinirəm, dəstək oluram.

– Musiqi təhsiliniz var. Öncədən müğənni olmaq istəyirdiniz, yoxsa..?

– 18 yaşımda ailəmin istəyi ilə ailə qurdum, keçmiş həyat yoldaşım bakılı idi. Ailə həyatımız 5 il çəkdi. Oxumağa evli ola-ola başlamışam. O ailədə musiqiyə həvəs vardı, qayınanam pianist idi, baldızım musiqiyə həvəsli idi. Tovuzda 4 il xanəndə kimi oxumuşam. Qayınanam pianino çalanda, evdə oxuyurdum. Bir dəfə də ailə məclisimiz idi, Tacir Şahmalıoğlu ilə Fədayə Laçın orada ifa edirdi. Baldızım dedi ki, çıx oxu. Nazpəri Dostəliyevanın "Nə olar, Allahım" mahnısını oxudum. Tacir müəllim məəttəl qaldı. Dedi, necə zil səsi var? Qayınanam ağladı. Ondan sonra şou proqramlara çıxdım. Müğənni olmağı istəmirdim. Biz qısqanclığa və başqa problemlərə görə ayrılandan sonra Tacir müəllimin yanına getdim, o mənə dəstək oldu, yenidən təhsil aldım.

– 2009-cu ildə "Sevənlər ölməz" mahnısı ilə populyarlıq qazandınız. Bəzi müğənnilər populyar olmaq üçün illərlə çalışır, amma siz bir mahnı ilə tanınanlardansınız…

– Belə şeylərdən danışan yoxdur. Mən 5 il Rusiyada yaşamışam. O mahnını dostumuz Aydın Aslan vermişdi. Ondan əlavə, "Balam" və "Bəxt üzüyü " mahnılarını mənə verdi. Mahnını yüngül, xərcsiz aranjemanla oxudum. Tovuzun "SM TV2 telekanalında qonaq olarkən ifa etdim, sonra Rusiyaya getdim. Mahnı arxivdə qalıb, pirat götürüb, yayıb. Sonra məni bəstəkar çağırdı ki, Azərbaycanda bu mahnı "partlayıb" hardasansa, gəl. Özümə də qəribə gəldi. Heç kim üzümü tanımırdı. Bakıya gəldim. Gördüm, efirdən keyfiyyətsiz şəklimi çəkib, diskə vurublar. "Səbuhi" studiyasına getdim. Hacı müəllim dedi ki, Şəbnəm sənsən? İki aydır ki, sayəndə yaxşı qazanıram. Zarafatla dedim ki, gətir, qazancından mənə də ver. Mənə 500 manat verdi, götürmədim. Təklif etdim ki, yenidən albom çıxardaq, fotosessiya edək. Yenidən iş gördük, 300 disk çıxardıq. Mağazaya öz diskimlə maraqlanmaq üçün girirdim, insanlar məni tanımırdı. İndi müğənnilər bahalı mahnı alır, Türkiyəyə aranjemana göndərir, 6- 7 min xərc çəkir, amma mahnı sevilmir, effekt olmur. İndi səhnəyə gələnlərə çətindir, mənim üçün asandır. İnsanlar məni qəbul edib, nə oxusam, seviləcək, qəbul olunacaq.

– Sizə qarşı olan qıcığın səbəbi nədir?

– Bir müğənnini hamı sevə bilməz. Yazsınlar, Şəbnəm oxuya bilmir, geyinə bilmir. Daha niyə ailəmdən yazırlar? Yaxşı olardı, bəziləri kimi buraxma, boş həyat yaşayardım, hara istəsəm, gedərdim? Sevinsinlər ki, tərbiyəliyik. Başımızın üstündə ailəmiz var, uşağımız var. Toyu belə özüm danışmıram. Toy sahibi israr edib, məni görmək istəyəndə görüntülü zəng edir, danışırıq. Mən kişi məclisinə məzə məclisi kimi baxıram. Mən oxuyacağam, 30 kişi mənə baxacaq? Mənin ehtiyacım yoxdur, həyat yoldaşım onların 100-dən artıq oğlandır. Bu gün sənəti atsam, ailəm var, başımın üstə ərim var.

– Ən çox izlənən, dinlənən Damladır, Üzeyirdir, Talıbdır, sizsiz. Bəs niyə sizi bayağı müğənni adlandırırlar?

– Hansı toya gedirəmsə, Talıbdır, Üzeyirdir, Damladır, Pərviz Bülbülədir. Insanlar bizi sevir. Bilmirəm, kompüter qarşısında şirə dönənlər bizdən nə istəyir. Bir müğənninin musiqi duyumu varsa, deməli gözəl ifaçıdır. Musiqi duyumu, ürəyi olmayanın diplomu heç kimə lazım deyil. Özümə güvənirəm, bir sənətkarın yanında muğam oxuyaram, səsimdəki şirinliyi duyub, təşəkkür edər. Damla niyə bayağı olur?

– Sizcə, bayağı müğənni kimə deyilməlidir?

– Bayağı sözü dillərinə əzbər olub, özləri də kimə deyildiyini bilmir. Bir insanı milyonlar sevirsə, deməli, bayağı deyil. Mən o insanlara gülürəm. Muğam, vokal, estrada oxuya bilirəm. Bu yaxınlarda dini mahnı da oxudum. Amma öz yolumu artıq seçmişəm. Bu gün yaxşı maşın sürməyimin, gözəl evdə yaşamağımın səbəbi öz yolumdur. Bizdə albom, konsert yoxdur, hamı toydan qazanır. Yayda 3 konsert verdim, 100 min pulum çıxdı. Ana olmuşdum, durğunluğum vardı, özümə təkan verdim. Konsertimə axın oldu. Rusiya toyda məni 17 mühafizəçi qoruyurdu. Özüm mühafizəçiyə deyirdim ki, burax, insanlar mənə yaxınlaşsın. Bayağı müğənnini bu qədər insan sevməz. Milyonlar zövqsüz ola bilməz.

– Sosial şəbəkədə aktiv olan müğənnilərdən birisiniz. Sizə də tənqid və təhqir dolu mesajlar yazılır?

– Mən şərhləri, mesajları oxuyan biri deyiləm. Nadir hallarda fikir verirəm. Bir də gördün yazırlar ki, nə boydasan? Mən kök deyiləm, efir məni kök göstərir. Həmin adama mesaj bölümündə cavab yazmaq istəyirəm, görürəm, 20 gün qabaq yazıb, Allah sizi var eləsin. İnsanlar üzdə başqa, arxada başqa münasibət göstərir. İnsanları başa düşmək olmur.

– Bəzən müğənnilər insanları qıcıqlandırır. Biri deyir, 1 milyona maşın aldım, biri deyir, ayda 50 min paltara xərclədim. Bu da ayı 300 manata işləyən şəxsləri əsəbləşdirir.

– İnsanlar mənə də qıcıq olur, amma səbəbini bilmirəm. Mən bu cür şeylərlə öyünməmişəm. İnsanların da qıcıqlanmağa haqqı yoxdur. O zaman gedib, nazirlərin, iş adamlarının həyat yoldaşlarına qıcıq olsunlar, bizə yox. Allah kimə hansı taleyi yazıbsa, onu yaşayır. Mən hər ay 10 ailəyə kömək edirəm. 5 dəfə edirəmsə, onun birini göstərərəm, ya yox. Göstərirəm, ki nümunə olum. Deyirlər, özünü reklam edir. Göstərmirəm, deyirlər ki, yeyib-içib, kef edir. Heç kimə kömək etmir, utanmır. Həqiqətən, artıq insanların nə istədiyini bilmirəm.

Xəbərlər     Baxılıb: 1990   Tarix: 01 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda hormonal pozğunluğun əlamətləri açıqlandı

Qadınlarda hormonal pozğunluğun əlamətləri açıqlanıb. xəbər verir ki, endokrinoloq Alina Alkasheva bildirib ki, hormonal pozğunluq orqanizmdə hormonların istehsalının pozulmasıdır və bu həm artıq, həm də azlıq şəklində özün

.

Elektron siqaretlər də asılılıq yaradır

Son dövrlər aparılan yeni araşdırmalar elektron siqaretlərin əslində düşündüyümüz qədər təhlükəsiz olmadığını ortaya qoyub. Tədqiqatçılar bildirirlər ki, bir çox insan e-siqaretləri ənənəvi tütün məhsullarına nisbətən zərərsi

.

Bu iki qidanı birlikdə yemək yaddaşınızı möhkəmləndirir

Mütəxəssislərin fikrincə, qaragilə və qoz birlikdə istehlak edildikdə "super beyin qəlyanaltısı"na çevrilir. xəbər verir ki, bu iki sadə qida, uzunmüddətli perspektivdə beynin qorunmasına və yaddaşın güclənməsin

.

İbn Sinanın şəfa sirri: Qaraciyəri təmizləyir, sümükləri "daş" kimi edir

Təbiətin təqdim etdiyi şəfa mənbələri bir çox xəstəliyə qarşı təsirli olur. "Tibbin atası" kimi tanınan İbn Sinanın tez-tez tövsiyə etdiyi bu möcüzəvi bitki həm qaraciyəri təmizləyir, həm də sümük sağlamlığını bərp

.

Payızda bu qidalar immuniteti gücləndirir

Payızda immuniteti gücləndirmək xüsusilə vacibdir. Bir çoxu düşünür ki, immunitet üçün çoxlu meyvə yemək lazımdır. Lakin payızda yağsız ət və qatıq immuniteti gücləndirməyə kömək edə bilər. Payızda immunitet sisteminizi gücləndirmə

.

Pambıq və ya fırça ilə dırnağa çəkin - göbələyin kökünü kəsir

Dırnaq göbələyi həm estetik, həm də sağlamlıq baxımından narahatlıq yaradan problemdir. Son araşdırmalar göstərir ki, kəklikotu yağının antifungal (göbələk əleyhinə) xüsusiyyətləri sayəsində bu problemin qarşısını ala bilər

.

Əncirə əlavə edib yeyin - Qaraciyəri təmizləyir, orqanizmi yeniləyir

Bədənini təbii yollarla təmizləmək istəyənlər üçün əncir və çörək sodası (mineral su) qarışığı son vaxtlar diqqət çəkən üsullardan biridir. Evdə asanlıqla hazırlanan bu qarışım, xüsusən də yağlı qaraciyər xəstəliyinə qarş

.

Bu antidepresanların daha ciddi yan təsirləri var - Xəbərdarlıq

Yeni araşdırma göstərib ki, bütün antidepresanlar fiziki təsirlər baxımından eyni deyil. Bəzi dərmanlar bədən çəkisində, ürək döyüntüsündə və qan təzyiqində ciddi dəyişikliklərə səbəb ola bilər, digərləri isə nisbətən zərərsi

.

Əllərin və ayaqların rənginin dəyişməsi xəstəliyə işarədir

Əllərin və ayaqların rənginin dəyişməsi orqanizmdə ciddi problemlərin ilk əlamətlərindən biri ola bilər. Bu hal sadəcə soyuğa reaksiya kimi görünə bilsə də, bəzən qan dövranı pozğunluğu, sinir sistemi problemi və ya endokri

turlar.az

qaşların formalari gözəllik məhsulları makiyaj instagram yemək piodermiya nedir həkim məsləhəti ana ve usaq kosmetika terezi naz mila vetene aid bayati yemek reseptleri statuslar