"Nə Aygünü, nə də Röyanı Türkiyədə tanıyırlar"

"Nə Aygünü, nə də Röyanı Türkiyədə tanıyırlar"Müğənni Elariz Məmmədoğlu "APA TV"-nin "Show time" verilişində qalmaqala səbəb olacaq açıqlama verib.

Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, heç bir azərbaycanlı müğənni Türkiyədə tanınmır. Hətta həmin sırada xalq artisti Aygün Kazımovanı və əməkdar artist Röya Ayxanın da adını vurğulayıb:

"Sualınıza sualla cavab vermək istəyirəm. Bu günə qədər hansı müğənnimiz Türkiyədə nəsə edə bilib? Elə bir müğənnimiz yoxdur axı".

Bu zaman aparıcı qonağına xatırladıb ki, Aygün Kazımova, Röya Ayxan Türkiyə şou-biznesinə qatılıb. Elariz isə bildirib ki, onlar sadəcə qardaş ölkəyə gediblər:

"Allah işlərini avand eləsin. Amma Türkiyədə mövcud olan müğənnilər var ki, onların sırasında yoxdular. Ola bilər ki, onlar 3-5 dəfə Türkiyəyə gediblər, verilişdə çıxış ediblər və Bakıya qayıdıblar. Amma orada ekstralar, sifarişlər yəni səhnədən pul qazanmaq, bunlar yoxdur axı. Çünki Türkiyənin ərazisi Azərbaycandan 10 dəfə böyükdür. Orada pul əmtəəsi bizdən çoxdur. Azərbaycanda klipi 3 min manata çəkdirmək olar, Türkiyədə yox. Orada hər şey 30-40 mindən başlayır. Türkiyə şou-biznesinə girmək üçün böyük pullar qoymaq lazımdır. O böyük pullar da bizim müğənnilərdə yoxdur. Toya ən baha 15 minə gedirlər. O böyük pullar bizdə olmadığına görə oranın şou-biznesinə qatılmaq barədə danışa bilmərik. Real danışmağı sevirəm, yalandan deyim ki, ay biz gedərik, nə bilim nə.

Azərbaycanda istedadlı müğənnilər, bəstəkarlar, aranjimançılar var. Təki bizim müğənniləri Türkiyədə tanısınlar, buna yalnız sevinə bilərəm. Amma reallıq budur ki, tanımırlar. Oğlum Türkiyədə yaşayır, təhsil alır. O, daha yaxşı bilir ki, bizim müğənniləri orada tanımırlar. Sabah mənim bu sözlərimdən qalmaqal olacaqsa, olsun. Reallığı dedim. Qoy sübut eləsinlər ki, onları orada tanıyırlar. Mən də baxım, fəxr edim".

E.Məmmədoğlu Günel Zeynalova, İradə İbrahimova, Ezonun da Türkiyədə heç nə edə bilmədiyini söyləyib:

"Nə bilim Vallah. Təki orada tanınsınlar, amma məndə olan məlumata görə tanınmırlar. Amma bizim müğənnilər çox güclüdür. Məsələn, Brilliant Dadaşova çox gözəl sənətkardır. İstəyərdim ki, onu tanısınlar.

Tanınmaq başqa şeydir. Məsələn, Moskvada olanda taksi saxladıram, sürücü mənə deyir ki, Elariz müəllim hara gedirsiz? Baxıram ki, bura Moskvadır, məni burada da tanıyırlar".

Xəbərlər     Baxılıb: 1491   Tarix: 18 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

aksessuarlar toy makiyajlari geyim və ayaqqabılar bolqar biberinin faydasi qidalanma qaydaları uşaq xəstəlikləri soyuqdəymə kosmetika tanisliq dolca nağıllar novruz hakisdalari maraqli hakistalar