Nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur

Nə qədər yeyilsə də, kökəlməyə səbəb olmurPayızda yetişən faydalı meyvələrdən biri də xurmadır. Xurma ağacı çox məhsuldardır və onu qışda torpaq yuxuda ikən əkmək daha yaxşıdır, çünki yaz fəsli gələndə ağac artıq yeni məkanda inkişaf etməyə başlayır.
Meyvələri yetişəndə qırmızı və qonur qırmızı rəngdə olur.
Azertag.az bildirir ki, xurmanın təxminən 500 növü var və onun vətəni Çin hesab edilir. Ən çox Cənub-Qərbi Asiya, Yunanıstan, İspaniya, Türkiyə, Amerika və Avstraliyada yetişdirilir. XIX əsrin axırlarından etibarən məşhurlaşmağa başlayıb. Azərbaycanda da daha çox cənub bölgəsində, Göyçay, Ağdaş, Zaqatala rayonlarında Şərq xurması növü becərilir. Ondan başqa Qafqaz və Virgen xurması olmaqla daha iki növ yabanı xurmaya da rast gəlinir.
Şərq xurmasının tərkibində 13-16 faiz qlükoza və fruktoza şəkəri, üzvü turşular, yod birləşmələri və digər vitaminlər var. Ümumi zəiflik, qan azlığı, vitamin çatışmazlığı zamanı çox faydalıdır. Ürək-damar xəstəliklərinin müalicəsinə çox müsbət təsir göstərir. Tərkibində olan fosfor beynin tələbatını ödəyir. Mütəxəssislər onun acqarına yeyilməsini məsləhət görmürlər.
Xurmanın özü qədər qabığı və tumları da vitaminlərlə zəngindir. Təcrübə göstərir ki, onun meyvələri nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur. Hətta onun tumlarını qurudaraq üyüdəndən sonra kofe kimi dəmləyib içmək çox faydalıdır.

Xəbərlər     Baxılıb: 1677   Tarix: 04 dekabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Su basan evlərdə yaşayanlar risk altındadır - Tənəffüs yolları, bronxlar və ağciyərlər

Son günlər yağan intensiv yağışlardan sonra evləri su basdı. Həmin evlərin divarındakı rütubət və nəm insanların sağlamlığı üçün müəyyən risklər formalaşdırır. Terapevt Günay Lətifova -a açıqlamasında bildirib ki, bu vəziyyət

.

Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir

Çuğundur şirəsi antioksidantlar və nitratlarla zəngindir və xüsusilə ürək-damar sağlamlığına müsbət təsir göstərir. Nitratlar bədəndə nitrik oksidə çevrilərək qan damarlarını genişləndirir və təzyiqi aşağı salır. xəbər veri

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gündə 30 dəqiqə kifayətdir - 10 il daha gənc qalmağın formulu

Gündə cəmi 30 dəqiqə fiziki aktivlik sağlam və gənc qalmaq üçün mühüm rol oynayır. xəbər verir ki, aparılan elmi araşdırmalar göstərir ki, müntəzəm hərəkət yalnız fiziki görünüşü deyil, həm də bədənin bioloji yaşını müsbə

.

Qaynadılmış suyu niyə yenidən qaynatmaq olmaz?

Su qaynadıqda içindəki zərərli mikroorqanizmlər məhv olur və bu, suyu təhlükəsiz edir. Lakin eyni suyu ikinci və ya üçüncü dəfə qaynatdıqda suyun həcmi buxarlanma nəticəsində azalır, lakin içindəki minerallar və maddələ

.

Mədə problemlərinin gizli səbəbləri məlum oldu

Gündəlik vərdişlər həzm sisteminə ciddi təsir edir. xəbər verir ki, nizamsız qidalanma, səhər yeməyini buraxmaq və uzun fasilələrdən sonra çox yemək mədəyə yük salır. Tələsik və ayaqüstü qidalanma yeməyin düzgün həzm olunmamasın

.

Uzun müddət davam edən öskürəklə bağlı xəbərdarlıq

Yaz aylarının gəlməsinə baxmayaraq, havaların hələ də tam isinməməsi sağlamlıq problemlərini də özü ilə gətirir. xəbər verir ki, xüsusilə allergiyaya meyilli şəxslərdə polenlərin təsiri ilə tənəffüs yollarında həssaslıq artır

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Uzun müddət oturmağın beyin sağlamlığına təsiri ÜZƏ ÇIXDI

Uzun müddət oturmaq beyin sağlamlığına ciddi təsir göstərə bilər. xəbər verir ki, "PLOS One" jurnalında dərc edilən nəticələrə görə, gündə 8 saat və ya daha çox oturan insanlarda "Dementia" riski təxminə

turlar.az

geyim seçimi qadin sayti geyim şəkilləri maraqli sitatlar kabablar hicab bağlamaq gozalti maskalar kosmetika oxatan salam veten haqqinda atalar sozu novruz hakisdalari novruz bayramına aid bakışta